Bir qrup Gəncə məhbusunun cəzası yumşaldılıb

"Yetimin papağı" məsələsi...

Bu gün, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə Gəncə işi üzrə azadlıqdan məhrum edilən 5-ci qrup üzrə təqsirlədirilən 4 nəfərin cəzası yumşaldılıb.

Bu barədə İnsan Haqları Müdaiəçisi Rəsul Cəfərov Turana bildirib.

Ali Məhkəmənin qərarına Bəkrəm Əliyevin cəzası 10 ay (15 ildən 14 il 2 aya), Həbib Qurbanovun cəzası 3 il (8 ildən 5 ilə), Mirzə Hüseynovun və Asif Cavadovun cəzası hər biri üçün 6 ay (5 ildən 4 il 6 aya) endirilib.

R.Cəfərovun təmsil etdiyi Bakı İnsan Hüquqları Klubu bu işdə cəzalandırılan məhkumların azadlığa buraxılmaları uğrunda qanuni yollardan istifadə etməklə vaxtından əvvəl azadlığa buraxılmaları, əfv edilmələri üçün fəaliyyətlərinin davam etdirəcəklərini bəyan edib.

Xatırladaq ki, 2018-ci il iyul ayının 3-də Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı silahlı hücüm, iyulun 10-da isə Gəncə şəhərində kütləvi etiraz aksiyasınn iştirakcılarına  qarşı  cinayət işi başlanılaraq istintaq aparılıb. Bu hadisələrə görə 80 nəfərə qədər şəxs cinayət məsuliyyətinə cəlb olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button