“Bir torba tikdilər Əfqana, Əvəz!”-ŞEİR

Zəmanə dəyişib, getdi o günlər,
Arada nəzər et dövrana, Əvəz!
Bir zaman şeytana papış tikənlər,
İndi qulluq edir şeytana, Əvəz!

Çoxları durubdur səninlə qəsdə,
Gəlir üstünüzə hey dəstə-dəstə,
Haqqı car etdiniz həqiqət üstə,
Sizi də saldılar zindana, Əvəz!

Çoxaldı ölkədə adam satanlar,
Arvad tumanının altda yatanlar,
Nadürüst gədələr, bu şarlatanlar,
Bir torba tikdilər Əfqana, Əvəz!

 

Samir Allahverdiyev

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button