Biri bunlara “DUR” desin!

NN surucuBakıda Nəzqliyyat Nazirliyinin Nəqliyyat Departamenti inspektorları tərəfindən taksi sürücüsünə qarşı növbəti vəhşilik törədilib.

xural.com xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videoçarx yayımlanıb.  Videodan da göründüyü kimi departamentin FİAT markalı, dövlət nömrə nişanı 90 AE 466 olan xidməti maşının qarşısında gənc adam yıxılıb.

Özünü halsız aparan adamın başına toplaşanların dedikllərindən məlum olur ki, gənci departamentin 3 əməkdaşı birləşərək döyüblər.  Sosial şəbəkələrdə böyük qınaqla qarşılanan Nəqliyyat Nazirliyindən məsələ ilə bağlı mövqe öyrənmək mümkün olmayıb.  Nazirliyin mətbuat katibi Natiq Həsənov dəfələrlə edilən zənglərə cavab verməyib.

NN surucuBakı şəhər Baş Polis İdarəsindən isə bildiriblər ki, son günlər departament əməkdaşları tərəfindən döyüldüyü iddiası ilə İdarəyə heç bir şikayət daxil olmayıb.

Beləliklə də taksi sürücüsünün hansı şəraitdə departament əməkdaşları tərəfindən zorakılığa məruz qalması aydınlaşmayıb. Mümkündür ki, sürücü kobudluğa və ya qanunpozuntusuna yol versin, amma bu o demək deyil ki, dövlət məmurları əllərindəki səlahiyyətdən sui istifadə edə bilərlər.

Hər bir halda departament əməkdaşlarının istədikləri vaxt sürücülərlə zorakılıq üsullarından istifadə edərək davranması nəinki qanunsuzdur, hətta cinayətdir. AR Cinayət Məcəlləsinin 128-ci maddəsilə cinayət işi açılmalıdır.

Maddə 128. Qəsdən sağlamlığa yüngül zərər vurma

Sağlamlığın qısa müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma—

— Bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 Lakin qanunda olan boşluq burada da özünü biruzə verir. Söhbət ondan gedir ki, qəsdən sağlamlığa zərər vuran bu adamlar Departamentin məsul işçiləridir və onlar dövlət qulluğunu həyata keçirirlər. Deməli onnlar ikiqat məsuliyyət daşıyırlar. O zaman məsul və səlahiyyətli orqanlar qanunun aliliyinə hörmət edərək, bunlara “DUR” deməyi və cəzalandırmağı bacarmalıdır.

Mövzunu diqqətdə saxlayacağıq.

 xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button