Birinci vitse-prezidentinin Katibliyində yeni təyinatlar

Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyində yeni rəis müavinləri təyin olunub.
Xural.com-un Trend-ə istinadən verdiyi məlumata görə, Mehdi Dadaşov və Fariz Rzayev Katibliyin rəis müavinləri təyin ediliblər.
Azərbaycanın Birinci vitse-prezidentinin Katibliyinə Altay Həsənov rəhbərlik edir.
Anar Ələkbərov və Yusuf Məmmədəliyev Azərbaycanın Birinci vitse-prezidentinin köməkçiləridir.
Qeyd edək ki, bu il fevral ayının 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button