Birinin 12 m2-lik evi yandı, birinin tövləsi, digərinin ot tayası…

yanginsondurenlerxural.com Fövqəladə Hallar Nazirliyinin ölkədə gün ərzində baş verən yanğınlarla bağlı yaydığı məlumata əsasən xəbər veriri ki, iyulun 8-də Şəki rayonunun Cumakənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan dəmir konstruksiyadan ibarət vaqon tipli otağın taxta üzlüyü və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından müafizə olunub. Yanğın saat 16:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bundan başqa, Bərdə rayonunun Məmmədli kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 20 ton ot bağlamasının 7 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və ona bitişik tövlə yanğından mühafizə olunub. Yanğın saat 16:13-də yanğınsöndürənlər tərəfindən söndürülüb;

Astara rayonunun Təngərüd kəndində isə vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan tövlənin çardağının yanar konstruksiyaları 10 kv.m sahədə və çardağına yığılmış 5 ton ot baglamasının 2 tonu yanıb. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb;

Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Suraxanı rayonunda dənizdə (“Hövsan” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 1 nəfər sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən  sudan çıxarılaraq xilas olunmuşdur. Əməliyyat saat 18:35-də başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılıb. Maye halında olan kimyəvi element nazirliyin mütəxəssisləri tərəfindən yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilib. Əməliyyat saat 17:35-də başa çatıb.
Füzuli rayonu, 10 saylı Qayıdış qəsəbəsində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 350 kq ot bağlaması və ətrafında 100 kv.m sahədə kol-kos yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 11:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb;

Şəmkir şəhərində vətəndaşlara məxsus ümumi sahəsi 80 kv.m olan tikinti materialları satışı mağazasının dam örtüyünün yanar konstruksiyaları 1 kv.m sahədə, yaxınlıqda olan 2 saylı birmərtəbəli 6 otaqlı evin hamamında “SAMSUNG” markalı paltaryuyan, 4 saylı birmərtəbəli 4 otaqlı evin çöl divarında quraşdırılnış elektrik sayğacı, 5 saylı birmərtəbəli 4 otaqlı evin hamamında istilik qızdırıcısı, 25 saylı birmərtəbəli 5 otaqlı evin çöl divarına quraşdırılmış elektrik sayğacı və evə bitişik tikilmiş ümumi sahəsi 60 kv.m olan talvarın yanar konstruksiyaları 2 kv.m sahədə yanmışdır. Mağazanın qalan hissəsi və evlər yanğından mühafizə olunmuşdur. Yanğın saat 12:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb;

Xəzər rayonu, Şüvəlan qəsəbəsində dəniz sahilində çimmək üçün qadağan olunmuş ərazidə bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə Fövqəladə Hallar Nazirliyi tərəfindən mühafizə postu yaradılmışdır. Mühafizəçilər adıçəkilən ərazidə çimməyin təhlükəli olması barədə vətəndaşları məlumatlandırır və onları göstərilən  əraziyə  daxil  olmalarının  qarşısını  alırlar.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda mənzildə termometr sınmış, nəticədə daxilindəki civə ətrafa dağılmışdır. Maye halında olan kimyəvi element nazirliyin mütəxəssisləri tərəfindən yığılmış və çirklənmiş ərazi demerkurizasiya edilmişdir. Əməliyyat saat 08:00-da başa çatmışdır.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalmışdır. Dərhal hadisə yerinə cəlb olunmuş xilasedicilər liftin qapısını açmış və vətəndaşın liftdən çıxmasına şərait yaratmışlar. Əməliyyat saat 08:16-da başa çatmışdır.
Qəbələ rayonunda  vətəndaşa məxsus ümumi sahəsi 560 kv.m olan ticarət mərkəzinin yanar konstruksiyaları 280 kv.m sahədə yanmışdır. Yanğından ticarət mərkəzinin qalan hissəsi mühafizə olunmuşdur. Yanğın saat 02:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb;
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1 nəfər azyzşlı bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını açmış və azyaşlını aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 01:07-də başa çatıb.
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər mənzilin qapısını açıb və vətəndaşı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:18-də başa çatıb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Xilasedicilər mənzilin qapısını açmış və vətəndaşı aidiyyəti üzrə təhvil vermişlər. Əməliyyat saat 23:51-də başa çatıb.

Biləsuvar rayonu, Nəsimi kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış  10 ton ot bağlamasının  2 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tikililər  yanğından mühafizə  olunub. Yanğın saat 23:14-də yanğınsöndürənlər tərəfindən söndürülüb;

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button