Birja bazarında etibarlı bələdçiniz AGBank-da! 

agbank

“AGBank Forex” tam yenilənmiş çox funksional internet portalını istifadəçilərin ixtiyarına verdi!

Peşəkar, eləcə də ticarətə yeni başlayan treyderlərin yaranan suallarını və tələblərini nəzərə alaraq “AGBank Forex” istifadədə daha praktik və daha rahat yeni sayt yaratdı. Yeni saytın funksionalı bir növ elektron bələdçi rolunu oynayır və ticarət alətlərini bir ardıcıllıq ilə istifadəçilərin diqqətinə çatdırır.

Saytın yenilənmiş strukturu, səhifəyə daxil olduğunuz an lazım olacaq informasiyanı göz önündə tutaraq vaxta qənaət etməyə kömək edir. Məsələn, məzənnə, spredlər, iqtisadi təqvim və “onlayn” məsləhətçi saytın hər səhifəsində aktivdir. Belə ki, bu alətlərdən istənilən an faydalana bilərsiniz.

Saytda təqdim olunan analitik məlumat bölməsi, hər gün yenilənən xəbər lenti, bülleten və iqtisadi təqvim sayəsində birja bazarı iştirakçıları əməliyyatlar zamanı daha məlumatlı olaraq riskləri azaltmış olacaqlar.

İstifadədə rahat və praktik olan şəxsi kabinet bölməsi isə treydera əməliyyat və hesablarını “onlayn” rejimdə idarə etmək imkanını verir. Qeyd edək ki, ticarətə yeni başlayanların bu sahədə təcrübə toplaması üçün saytda virtual “Demo” hesab açmaq imkanı da yaradılıb.

Sonda onu da vurğulayaq ki, proqramçıların ərsəyə gətirdiyi bu çox funksional və dinamik format dizaynerlərin yaratdığı qeyri adi dizayn və üslub ilə tamamlanıb.

Saytın elektron ünvanı: www.forex.agbank.az

Əlavə məlumat üçün AGBank-ın “135” Məlumat Mərkəzi müştərilərin ixtiyarındadır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button