Rubrikalar: GÜNDƏM XuralTAC

“Bizə nəsə olsa, günahkar həm də Əli Həsənovdur”

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun xanımı Sona Vəliyevanın rəhbərlik etdiyi “Kaspi” liseyinin keçmiş baş mühasibi Tural Məmmədov və mühasib Fərahim Möhbalıyev həbsdə aclığı davam etdirdiklərini bildiriblər. Bu barədə onlar oktyabrın 11-də məhkəmədə media nümayəndələrinə üz tutaraq deyiblər.

Bakı Ağır Cinayətlər Məhkəməsində oktyabrın 11-də onların işi üzrə prokuror Nəsir Bayramov çıxış edib, cəza istəməliydi. Lakin vəkillərdən biri gəlmədiyinə görə məhkəmə prosesini davam etdirmək mümkün olmayıb.

Lakin təqsirləndirilən şəxslər prosesi izləməyə gələnlərə üz tutub, məhkəmənin ədalətsizliyinə, Əli Həsənovun təsirilə onlara qarşı qərəzli davranışa etiraz aclıq aksiyası keçirdiklərini bildiriblər. Onlar bir həftə öncə keçirilən iclasda da Sona Vəliyevanın dindirilməsi barədə vəsatətləri rədd ediləndən sonda aclığa başlayacaqlarını demişdilər.

Təqsirləndirilən Tural Məmmədov bildirib ki, tələbləri bu işə obyektiv baxılması, Sona Vəliyevanın məhkəmədə dindirilməsidir: “Hamı bilsin, əgər bizə nəsə olsa, günahkar dörd nəfərdir – Əli Həsənov, Sona Vəliyeva, Elnur Əliyev və Azər Paşayev”.

E.Əliyev “Kaspi Liseyi”nin direktoru, A.Paşayev isə Bakı Ağır Cinayətlər Məhkəməsində onların işinə baxan hakimdir.

Məhkəmə prosesi oktyabrın 14-nə qədər təxirə salınıb.

Penitensiar Xidmət isə T.Məmmədov və F.Möhbalıyevin aclıq aksiyası keçirməsi barədə məlumatı təkzib edib. Bakı İstintaq Təcridxanasında nəinki onların, heç bir dustağın aclıq etmədiyi bildirilib.

“Kaspi” liseyinin Bakıxanov filialından 564 min manatlıq mənimsəmə ittihamıyla həbs olunmuş T.Məmmədov və F.Möhbalıyevin işi üzrə istintaqı Korrupsiyaya Qarşı Mübarizə İdarəsi aparıb. Altı aydır ki, bu işə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyilə baxılır.

T.Məmmədov özünü qismən təqsirli bilir, kassadakı pullardan 300 mindən bir qədər artıq vəsait götürüb iş qurmağa sərf etdiyini, bu məbləğin də xeyli hissəsinin qaytarıldığını deyir. Onun sözlərinə görə, S.Vəliyeva məbləği şişirdərək, 565 min manat göstərib.

F.Möhbalıyev isə özünü təqsirli bilmir. T.Məmmədov da onun günahsız olduğunu deyir.

Bu məhkəmə prosesində “Kaspi” liseyindəki vergidən yayınma halları, ikili mühasibatlıq halları üzə çıxıb. Sona Vəliyeva isə bu barədə yayılan məlumatları həyat yoldaşı “Əli Həsənovun nailiyyətlərini gözü götürməyənlərin qarayaxma kampaniyası” kimi qiymətləndirib.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Müstəqil media ölümlə təhdid olunur: Zaur Qəriboğlu, indi də hədəfdə Əvəz Zeynallı!-VİDEO

Reaksiya TV-nin efirində növbədənkənar canlı yayın oldu və Əvəz Zeynallıya qarşı "Frenk Elkaponi" ləqəbli Fizuli Məmmədovun adamları tərəfindən ölüm təhdidi…

24 May 2020
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • XuralTAC

“İmamzada” 200 gəncəli ailəyə Ramazan yardımı göndərdi-FOTOLAR

"Müqəddəs Ramazan ayının son günündə Gəncə şəhərində yerləşən tarixi "İmamzada" kompleksi tərəfindən şəhərin yardıma ehtiyac hiss olunan 200 ailəsinə Ramazan…

24 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Arif Seyidovun gözqamaşdıran sərvəti

Prezident İlham Əliyevin mayın 22-də imzaladığı sərəncamla Arif Seyidov Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Oxu.Az-ın məlumatına görə,…

22 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Rüstəm Usubov şair kimi cavab verdi: “Bundan sonra nə olacaq, bilmirəm”

“Ortada Prezident sərəncamı varsa, buna hansı şərh vermək olar. Artıq Baş Prokurorun birinci müavini deyiləm”. Bu sözləri "Gununsesi.org"un sorğusuna cavab…

22 May 2020
  • GÜNDƏM
  • XuralTAC

Almaniya “DQR nümayəndəsi”nin fəaliyyətini qadağan etdi

Məlumdur ki, Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçılıq siyasətinin əsaslarından biri və beynəlxalq aləmdə əsaslandırılması Azərbaycanın işğal olunmuş ərazilərində kukla…

22 May 2020
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Tramp “köhnələr”ə qarşı savaş açdı – həbslər gözlənilir-ARAŞDIRMA

Ərgün Dilər “Takvim”, Türkiyə, 21 may 2020-ci il   Zirvədə gedən savaşı anlaya bilməsək, ətrafımızda baş verənləri anlamaq şansımız heç…

22 May 2020
Xural.COM