“Biz təhsil verdiyimiz hər bir şagirdin uğuru ilə qürur duyuruq”…

 Iyunun 14-də  Azərbaycanda 2017/2018-ci dərs ili başa çatdı və bütün ümumi təhsil müəssisələrində “Son zəng” çalındı.

Rəsmi açıqlamalara görə, bu tədris ilinin sonunda XI sinfi bitirəcək şagirdlərin sayı 83 001 nəfərdir.

Eyni zamanda, 2018/2019-cu tədris ilinin əvvəlinə proqnoz üzrə ölkənin ümumtəhsil məktəblərinə gedəcək I sinif şagirdlərinin sayının isə 165780 nəfər olacağı gözlənilir.

Yüzlərlə məktəb sırasında Arif Əliyev adına 258 saylı orta ümumtəhsil məktəbində keçirilən “son zəng” tədbiri hamını valeh etdi. Yüksək səviyyədə dizayn qurulması, şagirdlərin müxtəlif maraqlı və məzmunlu nömrələrlə çıxışları müəllim heyəti və valideynlər tərəfindən alqışlarla qarşılanıb.

Tədbirdə məktəbin direktoru Sədaqət Hüseynova artıq müstəqil həyata qədəm basan  şagirdlərə seçdikləri yolda uğurlar arzulayıb. “Biz təhsil verdiyimiz hər bir şagirdin uğuru ilə qürur duyuruq. İnanırıq ki, onlar Azərbaycan dövlətinin gələcək inkişafı naminə dayanmadan, əzmlə öz üzərlərində işləyəcək və Vətənə xeyirli övlad olacaqlar.”

Qeyd edək ki, 2015-ci ildən etibarən Azərbaycanın məktəblərində “Son zəng” mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button