Rubrikalar: DÜNYA GÜNDƏM XuralTAC

“Bizimlə müharibə etmək heç kəsin ağlına gəlməsin”-Putin

“Rusiya heç kimlə müharibə etməyə hazırlaşmır”.

Bunu Rusiya Prezidenti Vladimir Putin TASS agentliyinə müsahibəsində deyib.

“Biz heç kimlə müharibə etməyə hazırlaşmırıq. Lakin müdafiə sahəsində elə bir vəziyyət yaradırıq ki, bizimlə müharibə etmək heç kəsin ağlına gəlməsin” – deyə, Rusiya Prezidenti vurğulayıb.

Putin Rusiyanın müdafiə xərclərinə görə dünyada 7-ci yerdə qərarlaşdığını qeyd edib: “Bu gün Rusiya müdafiə xərclərinə görə, ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Fransa və Yaponiyadan geridədir. Üstəlik, bizim xərclər ilbəil azalır. Digər ölkələrin müdafiə xərcləri isə artır”.

Rusiya Prezidenti onu da qeyd edib ki, müdafiə sahəsində unikal vəziyyət yaranıb: “Biz ilk dəfə olaraq elə hücum sistemləri yaratmışıq ki, heç kimdə bu silahdan yoxdur. Əvvəllər silahı digərləri yaradırdı, sonra biz o silahdan yaradıb onlara çatırdıq. İndi isə onlar bizə çatmaq istəyirlər. Bu, unikal hadisədir, heç vaxt belə olmayıb”.

O, söhbətin hipersəsli zərbə komplekslərindən, o cümlədən qitələrarası raketlərdən getdiyini bildirib. /APA

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

İlham Əliyev Təhsil Nazirliyinə 7 milyon manat ayırdı

Prezident İlham Əliyev Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Virtualaz.org bildirir ki, sərəncamla respublika ərazisində…

9 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Xırdalanda yanğın olub

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonunun Xırdalan şəhərində (Bakı-Sumqayıt avtomobil yolunun kənarında) yanğın olması barədə məlumat…

9 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Milli Hərəkatçılar Birliyi öz varlığını elan etdi-SİYAHI

Avqustun 7-də Rəsulzadə-Elçibəy Yoluna etiqadı olan, Azərbaycanda, eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan şəxslərdən ibarət Milli Hərəkatçılar Birliyi adlı İctimai-Siyasi…

8 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Beyrutu xaraba qoyan partlayış: Livan ermənilərini Qarabağa köçürməyə hazırlıq gedir

Beyrutu xaraba qoyan dəhşətli partlayışdan fürsət kimi istifadə edərək Livan ermənilərini Azərbaycanın işğal altındakı ərazilərinə köçürmək planları hazırlanır. Virtualaz.org xəbər verir…

8 Avqust 2020
  • GÜNDƏM
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

“Əvəz Zeynallı ilə İstanbul söhbətləri-7”: “Livana yardım etməliyikmi?”-VİDEO

Xural TV-nin hazırda Türkiyədə olan rəhbəri Əvəz Zeynallı İstanbulun tarixi məkanlarından ölkə və dünya gündəmini dəyərləndirməkdə davam edir. Bu gün…

8 Avqust 2020
  • ARAŞDIRMA
  • DÜNYA
  • GÜNDƏM
  • XuralTAC

Beyrutdakı partlamadan sonra Türkiyə iki limanına diqqəti artırmalıdır-TƏHLİL

Levent Yılmaz “Yeni Şafak” qəzeti, Türkiyə, 06.08.2020-ci il   COVİD-19 pandemiyası bütün dünya gündəmini ələ aldığı bir vaxtda, Orta Şərqdə…

8 Avqust 2020
Xural.COM