Bizlərdən hər birimiz istənilən vaxt barmaqlıqlar arxasına atıla bilərik!

09.02.2012

Səyləri birləşdirmək lazimdir!

10 ildən çoxdur ki, ölkədə siyasi məhbusların olması barədə Azərbaycanda gedən mübahisələr səngimək bilmir, xüsusi ilə onların sayı barədə və əlbəttə ki, “Siyasi məhbus” anlayışının müəyyən edilməsi meyarları barədə qızğın mübahisələr aparılır.

Artıq məlum olan həqiqəti öyrənmək – daimi aparılan (həmişəki) tarixi təcrübədir. Bu təbii prosesdir, və siyasi məhbuslarlar anlayışının “olmaması” barədə mübahisələr, hətta on illərlə bundan əvvəl müəyyən edilmiş və çoxsayda saytlarda çoxdan yerləşdirilmiş meyarlar KİV-də eyni zamanda nəşr edilsə belə, yenə də qurtarmayacaq.

Azərbaycanın da aid edildiyi qeyri-azad ölkələrdə siyasi məhbusların dəqiq sayını müəyyənləşdirmək çox çətindir. Siyasi sifarişlə əsaslandırılmamış hökmlərin çıxarıldığı çoxsaylı məhkəmə proseslərini praktiki olaraq izləmək mümkün deyildir. Belə vəziyyətdə bir çıxış yolu qalır – BÜTÜN tanınanların azad edilməsini tələb etmək və diqqətdən kənarda qalanları axtarmaq.

Məhz buna görə də biz BÜTÜN vicdan dustaqlarına, BÜTÜN siyasi məhbuslara azadlığın verilməsi barədə Müraciəti imzalamağı təklif etmişik. Adları Sülh və Demokratiya Institutuna məlum olanların hamısına.

Siyasi məhbuslara azadlıq uğrunda mübarizədə ən müxtəlif siyasi və ictimai qüvvələrin səylərini birləşdirmələri prinsipcə vacibdir. Bunun üçün də mən ürəkdən sevinirəm ki, bu müraciət altında Ictimai Palatanın və İslam Partiyasının liderlərinin də, Bakının və bölgələrin ictimai cəmiyyətlərinin fəallarının, bizim Avropadakı diasporamızın təmsilçilərinin imzaları da vardır.

Yalnız biz HAMIMIZ BIRLIKDƏ olsaq yenilmərik.

Leyla Yunus

Sülh və Demokratiya İnstitutunun direktoru

7 fevral 2012-ci il.

 

Vicdan dustaqlarına azadlıq!

Siyasi məhbuslara azadlıq!

Biz, aşağıda imza edənlər, Beynəlxalq Amnistiya tərəfindən tanınan bütün vicdan dustaqlarının, siyasi məhbusların dərhal azad olunmasına çağırırıq!

Siyasi məhbuslar məsələsi qeyri azad ölkələrinin daimi problemidir. Xalqın etimadını itirmiş hakimiyyət vətəndaşlarını repressiyaya, həbsə, işgəncələrə məruz qoymaq qorxusu altında saxlamadan hakimiyyətdə qala bilməz. Qeyri-azad ölkəni idarəetməyin əsas aləti – yaddüşüncələrin, vətəndaşların haqq və azadlıqlarının yatırdılmasıdır. Etimadını itirmiş hakimiyyətdən asılı vəziyyətdə olan məhkəmə sistemi – siyasi məhbusları, vicdan dustaqlarını yaradan mexanizmdir.

2012-ci ilin başlanmasına yaxın Sülh və Demokratiya Institutunun hesablamalarına görə Azərbaycanda 60 siyasi məhbus (AR-da siyasi məhbusların sayı daha çoxdur, lakin SDİ hələlik 60 nəfər barədə məlumt toplaya bilmişdir) həbsdədir; təqsirləri sübuta yetirilməmiş və onlar barədə əsaslandırılmamış, qeyri – qanuni olaraq icra hakimiyyətinin siyasi motivlərlə göstərişi ilə hökm verilən 60 nəfər vətəndaş.

60 nəfər qeyri-qanuni ittiham olunanlar arasında artıq yeddi ildir ki azadlq gözləyən Ruslan Bəşirli də, “Səid Dadaşbəylinin dəstəsi” adlandırılan və 2007-ci ildə bağlı qapılar araxasında cəfəng ittiham ilə təqsirləndirilənlər də vardır. 2011-ci il siyasi repressiya baxımından ən “məhsuldar” il olmuşdur: bizim sizinlə birlikdə azad və düzgün seçkilərə hüququmuzu müdafiə edən Bəxtiyar Hacıyev və Vidadi İskəndərov, öz söz demək hüquqlarından istifadə etmiş Islam Partiyası rəhbərliyi, bizim toplaşmaq, söz azadlığı hüquqlarımızı bu ağır 2011-ci ilin aprelində müdafiə edən “vicdan dustaqları” – “İctimai Palata” ictimai birliyin fəalları da bu ilin siyasi məhbuslarıdırlar.

Harvard Universitetinin məzunları (ABŞ) Bəxtiyar Hacıyevə azadlıq verilməsini tələb edirlər.

Tehran tələbələri tələb edirlər – qeyri-qanuni mühakimə olunan möminlərə azadlıq!

Bizim tələbimiz bax belədir – Azərbaycanın bütün qanunsuz olaraq siyasi mötivlərlə mühakimə olunmuşların HAMISINA azadlıq!

Azərbaycan vətəndaşlarına – onların imanlarından, milliyətlərindən, siyasi və peşə mənsubiyyətindən asılı olmayaraq azadlıq və şəxsi toxunulmazlıq hüququna zəmanət verilməlidir.

28 oktyabr 2011-ci ildə “Yeni Azərbaycan” partiyasının deputatı Gülər Ahmədovanın böhtan xarakterli xəbərinə əsaslanaraq “Xural” müxalifət qəzetinin baş redaktoru Əvəz Zeynallı həbs edilmişdir. Baş Prokurorluğun Mütəşəkkil Cinayətlərlə Mübarizə İdarəsi ona CM-nin 311.3.3 və 311.3.4 maddələri ilə yüksək ölçüdə rüşvət tələb etməkdə ittiham irəli sürmüşdür (Ə. Zeynallı 7 ilə mühakimə edilə bilər). Lakin üç ay ərzində istintaq ittihamı sübuta yetirə bilmədi və məhkəmə əsassız olaraq daha üç ay da jurnalistin həbsdə qalmasını uzatdı.

31 yanvar 2012-ci ildə polis qanunsuz olaraq iki cavanı – Tural Hacıbəylini və Amid Süleymanovu müstəsna olaraq onları yalnız Müsavat müxalifət partiyasının üzvləri olduqları üçün saxlamış, 1 fevralda isə Səbail Rayon Məhkəməsi inzibati həbs barədə əsassız qərar çıxartmışdır.

Bizlərdən hər birimiz istənilən vaxt barmaqlıqlar arxasına atıla bilərik!

Əsas bunu dərk etməkdir, eləcə də bizim və sizin azadlığınız uğrunda mübarizədə sıralarımızı sıxlaşdırmalıyıq və möhkəmləndirməliyik!

Hər bir kəsə, kimin ki təqsiri sübuta yetirlməyib, kimlər ki saxta ittihamlarla mühakimə olunublar, hamıya azadlıq!

1. Leyla Yunus, Sülh və Demokratiya İnstitutunun direktoru

2. Neftçilərin hüquqlarının müdafiəsi İctimai birliyi – Mirvari Qəhrəmanlı

3. Əli Kərimli, Azərbaycan Xalq Cəbhəsi partiyasının sədri

4 Dr. Leyla əliyeva, Milli və beynəlxalq tədqiqatlar Mərkəzinin Prezidenti

5. Elçin Manafov, İslam partiyası sədrinin müavini

6. Hikmət Hacızadə, FAR Mərkəzi

7. Qənimət zahid, “Azadlıq” qəzeti

8. Anar Məmmədli, Seçkilərin müşahidəsi və Demokratiyanın öyrənilməsi Mərkəzi

9. Rəsul Cəfərov, insan haqları klubu

10. İlqar Ibrahimoğlu (DEVAMM sədri)

11. Mehman Əliyev, TURAN agentliyi

12. İlqar Qasımov, “Hüquqi yardım” İB sədri

13. Cəmil Həsənli, professor, “Ziyalılar forumu”

14. Eldar Namazov, Azərbaycan naminə Ictimai Forumun Prezidenti

15. Zəfər Quliyev, “Insan haqları uğrunda” Ictimai

16. Xədicə İsmayılova (azad jurnalist)

17. Elçin Mamad, Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi Birliyinin prezidenti

18. Ərəstun Oruclu, “Şərq-Qərb” Tədqiqat Mərkəzi

19. İsa Sadıqov, Demokratik Azərbaycan Uğrunda (Norveç)

20. Şakir Ağayev, “Yeni Zaman” qəzeti

21. Hilal Məmmədov, “Tolışi Sado” qəzeti, professor Novruzəli Məmmədovun Hüquqlarının Bərpası Üzrə Komitənin Sədri

22. Rauf Mirqədirov, “Zerkalo” qəzeti

23. Zöhrab İsmayılov, Azad İqtisadiyyata Kömək Assosiasiyası

24. Mətanət Əzizova, Qadın Böhran Mərkəzi

25. Murad Həsənli, Böyük Britaniya Azərbaycan Demokratik Assosiasiyasının direktoru

26. Səbinə Ələkbərova, Gənc Liderlərin Tərbiyəsi Ictamai Birliyi

27. Hafiz Səfixanov, piyada əleyinə minaların qadağan olunması üzrə Azərbaycan şirkəti

28. Natiq Cavadlı jurnalist

29. Xalid Bağırov, vəkil

30. Əfqan Muxtarlı, Əvəz Zeynallınln həbsi ilə bağlı Perventiv Cavab Qrupunun rəhbəri

31. Samir Əsədli, Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şurasının üzvü

32. Samir Kazimli, jurnalist

33. Elşən Balaxanski, jurnalist

CONTACT

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button