Biznesmen-hüquqi şəxslər daha çox vergi ödəyəcək
Hökumət böyük islahat elan edib. 2019-cu il yanvarın 1-dən etibarən Azərbaycanda vergi və icbari sosial sığorta əhəmiyyətli dərəcədə dəyişə bilər. Təkliflər prezidentin Milli Məclisə göndərdiyi 2019-cu ilin dövlət büdcəsi layihəsində əksini tapır.
Qeyri-neft sektorunda çalışanlar və muzdla işləyənlər üçün gəlir vergisi 7 il müddətinə ləğv edilir. Sosial ödənişlərin strukturu və onların hesablanması forması dəyişdiriləcək, eyni zamanda, sadələşdirilmiş vergi dərəcəsi dəyişəcək. Özəl sektorda çalışan və neft-qaz sənayesinə aid olmayan vətəndaşlar üçün aylıq əmək haqqı ayda 8 min manatdan artıq olmamaq şərti ilə vergi dərəcəsi 100% azaldılacaq. Aylıq gəlirləri yüksək olan işçilər üçün bu xərc 44% təşkil edəcək. Güzəştli rejim yeddi il müddətində qüvvədə olacaq.
turan.az