Biznesmen Seyfəddin

O, özünə və yaxınlarına gün ağlamaqla məşğuldur, bəs Eldar Əzizov hara baxır?!

Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Seyfəddin Rəhimov öz vəzifəsinə yaraşmayan işlərlə məşğul olur. XuralTAC-a daxil olan məlumatda bildirilir ki, Seyfəddin müəllim biznes fəaliyyətinə daha çox üstünlük verir. Belə ki, Sumqayıt şəhərinin 8-ci mikrorayonda təşkil edilən kənd təsərrüfatı yarmarkasını özünün şəxsi biznesinə çevirən şöbə müdirinin yaxın adamlarının adına şəhərdə bir çox obyektləri də var. Həmçinin Seyfəddin Rəhimov bir çox iş adamlarından aldığı haqq müqabilində onlara “daydayı”lıq da edir.

İctimai təşkilatlar və siyasi partiyalarla iş üzrə şöbənin müdiri vəzifə borcunu layiqincə yerinə yetirmək əvəzinə, ictimai təşkilatların və müxtəlif siyasi qurumların fəalliyyətinə təzyiqlər göstərir. Bu addımı işə yaramadıqda isə şəhərinin iş adamları, nüfuzlu adamları haqqında müxtəlif qəzetlərdə kompramat xarakterli sifarişli yazılar yazdırmaqdan da çəkinmir. Bu fəaliyyətinə görə, onu “KİV killeri” də adlandırırlar.

Keçmiş icra başçısı Vaqif Əliyevin dövründə bu kimi əməllərlə məşğul olan dövlət məmurunun antikorrupsiya tədbirləri çərçivəsində yeni icra başçısı – Eldar Əzizov tərəfindən işdən çıxarılacağı gözlənilsə də, o, hansısa gizli əllərin köməyi ilə vazifədə qalmağı bacarır.

XuralTAC

“Xural” qəzeti
il: 9, sayı: 013(421), 03-09 aprel 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button