Blinken Azərbaycanda 'haqsız yerə' həbs olunanları azad etməyə çağırır

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

Aprelin 28-də Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan prezidentinin Mətbuat xidmətinin məlumatına görə, Blinken ilk növbədə Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşmanın ölkəsində təqdir olunduğunu vurğulayıb. Dövlət katibi ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək göstərməyə hazır olduğunu bildirib.

İ.Əliyev isə delimitasiya prosesinin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb. Prezident habelə sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib.

Məlumatda telefon söhbətində Azərbaycanda insan haqları mövzusundan da bəhs edildiyi bildirilir: “Prezident İlham Əliyev Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və demokratik islahatların davam etdirildiyini diqqətə çatdırıb”.

ABŞ Dövlət Departamentinin məlumatına görə, Blinken Azərbaycanın Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasını humanitar jest kimi alqışlayıb və onun tam, tez bir zamanda azad edilməsinə çağırıb. O, bir daha Azərbaycanı insan hüquqları sahəsində beynəlxalq öhdəliklərinə əməl, haqsız yerə həbs olunanları azad etməyə çağırıb.

Ötən əsrin 80-ci illərində gərginləşən Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olmuşdu. Bakı ərazilərinin 20 faizinə nəzarəti itirmişdi. Dörd il əvvəl 44 günlük İkinci Qarabağ müharibəsi və ötən il birgünlük əməliyyat nəticəsində Azərbaycan işğalda olan ərazilərə nəzarətini bərpa edib. Həmin vaxtdan sonra da Qarabağdan erməni əhali köç edib.

Hər iki ölkə arasında həm Avropa İttifaqı, həm də Rusiyanın vasitəçiliyi ilə ayrı-ayrılıqda danışıqlar aparılsa da, hələlik, sülh sazişi imzalanmayıb.

Amma iki ölkə son vaxtlar delimitasıya və demarkasiya prosesinə başlayıb. Bu proses nəticəsində Azərbaycanın Ermənistanın nəzarətində olan səkkiz kənddən dördünün geri verildiyi açıqlanıb. Ermənistan isə 31 kəndinin ərazilərinə Azərbaycanın hələ də nəzarət etdiyini açıqlayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button