BMT: Ukraynada 700 minə yaxın insan içməli su problemilə üzləşib

Ukraynada Kaxovka Su Elektrik Stansiyasının partlamasından sonra 700 minə yaxın insan içməli su problemi ilə üzləşib.

Bunu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits Associated Press-ə müsahibəsində deyib.

Söhbət həm Rusiyanın işğal etdiyi, həm də Ukraynanın nəzarətində olan bölgələrdə yaşayan sakinlərdən gedir.

Qriffitsin sözlərinə görə, indiyə qədər onun təmsil etdiyi Ukraynanın nəzarətində olan su basmış ərazilərin 30 min sakininə yardım edə bilib.

Qaldıkı Rusiyanın işğalında olan ərazilərdə edilə biləcək mümkün yardımlara BMT rəsmisi deyib ki, Rusiya hərbçiləri onların işğal olunmuş ərazilərə çıxışını təmin etməyib.

Qriffitsin sözlərinə görə, daşqınlar taxıl ixracının azalmasına, dünyada ərzaq qiymətlərinin bahalaşmasına gətirib çıxaracaq.

Britaniya kəşfiyyatının məlumatına görə, iyunun 9-na kimi Kaxovka su anbarında suyun səviyyəsi suqəbuledici səviyyədən aşağı düşüb ki, bu da Rusiyanın ilhaq etdiyi Krıma susuz qalmasına gətirib çıxara bilər.

Ukrayna Daxili İşlər Nazirliyinin iyunun10-na olan məlumatına görə, daşqın nəticəsində 4 nəfər ölüb, 27 nəfərin itkin düşüb. O da vurğulanır ki, bu rəqəmlər yalnız Ukraynanın nəzarətində olan ərazilərlə bağlıdır.

Su basmış ərazilərdə axtarışlar aparan könüllülərin sözlərinə görə, hazırda 300-dən çox insanın taleyi məlum deyil.

Rusiya Fövqəladə Hallar Nazirliy isə iyunun 6-dan indiyə qədər Xerson vilayətinin su basmış bölgələrindən 1800-ə yaxın sakini təxliyə ediblər.

Sovet zəmanəsində tikilmiş Nova Kaxovka Su Elektrik Stansiyasının (SES) bəndi iyunun 6-da, gecə saatlarında dağılıb.

Nəticədə çayın hər iki sahilində şəhər və kəndlər, habelə əkin sahələri və kənd təsərrüfatı obyektlərini su altında qalıb. Moskva ilə Kiyev bəndin partladılmasında bir-birini ittiham edir.

2022-ci ilin fevralından Rusiya qoşunlarının nəzarətində olan bəndə bundan əvvəl də ziyan dəyib. Ötən il noyabrın 11-də sağ sahildən geri çəkilən Rusiya qüvvələri bəndin üstündəki yolu partladıblar.

Bundan sonra bəzi müşahidəçilər bildirirdilər ki, strukturu zədələnmiş bənd öz-özünə dağıla bilər. Ukrayna rəsmiləri bildirirlər ki, bəndin çatlamasına mühərrik zalında törədilmiş partlayış səbəb olub.

Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyatı hələ ötən oktyabrda rusiyalıların stansiyanın bəzi hissələrini minaladıqları barədə məlumat vermişdi.

Xerson vilayətinin hələ də işğalda olan hissəsində Moskvanın təyin etdiyi administrasiya Ukraynanı bəndi raketlərlə atəşə tutmaqda ittiham edir.

Amma bəzi Rusiya rəsmiləri deyirlər ki, bənd bundan əvvəl aldığı zədələrə görə öz-özünə dağılıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button