Rubrikalar: GÜNDƏMMANŞETXuralTAC

Bob Hepple Bərabərlik Mükafatının qalibi 2018: Şəhla İsmayıl

“Azərbaycan Vətəndaş Cəmiyyətində uğurlu hadisə baş verib. Azərbaycanlı tanınmış hüquq müdafiəçisi dünyanın məşhur insan hüquqları qurumu olan “Equal Rights Trust” təşkilatının Bərabərlik sahəsində ildə bir dəfə verilən “Bob Hepple adına Bərabərlik” mükafatına layiq görülüb.” Bu haqda xural.com-a daxil olan məlumata görə, bu mükafata Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətinin (RİQC) sədri Şəhla İsmayıl layiq görülüb. Bob Hepple İngiltərənin əfsanəvi vəkillərindən və siyasi xadimlərindən biri olub və 2015-ci ildə dünyasını dəyişib. Ölümündən sonra onun xatirəsinə təsis olunan mükafat ildə bir dəfə qadın hüquqları sahəsində uğur qazanan qadınlara verilir. Bu il laureat Şəhla İsmayıldır.

Xural.com-un verdiyi məlumatda bildirilir ki, mükafat bu gün Londonda təqdim olunub. Məlumat üçün deyək ki, bu mükafat regional yox, beynəlxalq mükafatdır və ildə bir dəfə olmaqla cəmi 4-cü ildir ki, verilir. Bu böyük qələbə münasibətilə Azərbaycanın Vətəndaş Cəmiyyətini və Xanım Şəhla İsmayılı təbrik edirik.

Xural.com

Paylaş:

This post was last modified on 5 Oktyabr 2018 2:56 səhər

Share

Son Əlavələr

Arif Hacılı: “Polis Zaqatalada ata yurduma basqın edib”

Mayın 24-də Zaqatala rayonunda (Bakıdan 418 kilometr şimal-qərb) polis əməkdaşları Müsavat Partiyasının başqanı Arif Hacılının ata evinə girib. Bu barədə…

25 May 2019 4:26 səhər

İlham Əliyev: “Vəziyyət gərginləşir”

“Dünyada vəziyyət gərginləşir. Həm bölgəmizdə, həm dünyada yeni toqquşmalar, yeni münaqişə ocaqları yaranır, yeni risklər, təhdidlər meydana çıxır”. “AzərTAc” xəbər…

25 May 2019 4:22 səhər

YAP-çı məmur Sevinc Telmanqızının etirazına cavab verdi

Yeni Azərbaycan Partiyasının (YAP) qurucu üzv və funksionerlərindən biri, SOCAR Həmkarlar İttifaqının sədr müavini və İqtisad Universitetinin müəllimi Sadiq Qurbanov hakim partiyanın…

25 May 2019 4:14 səhər

Professor yazır: “Türkçülüyü küncə sıxmayaq, ona sayğı və qayğı ilə yanaşaq”

Əbülhəsən Abbasov, Fəlsəfə elmləri doktoru, professor   Qəribədir, xırdalı-irili arzularımızı ödəmək, taleyüklü problemlərimizi həll etmək üçün Allahdan imdad diləyirik, Yer…

25 May 2019 4:08 səhər

“Cuppulu Xan”ın araşdırması-Bir daha “DYP mafiyası”nın məğlubedilməzliyi haqda (FOTO)

“Özünü Nuşirəvan Səfərovun adamı kimi təqdim edənlər zəng edirlər…” Jurnalist, “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının Bakı Dövlət Yol Polisi…

25 May 2019 3:54 səhər

“Nə qədər lazım olsa o qədər göndərəcəm…”

ABŞ prezidenti Donald Tramp İran ətrafında yaranmı situasiyaya görə Yaxın şərqə yeni qoşun birləşmələri göndərməyə hazır olduğunu bildirib. Virtualaz.org xəbər…

24 May 2019 9:57 səhər
Xural.COM