“Boksçu adamam, niyə əsa ilə gəzim?” – İcra başçısı jurnalistlə qalmaqaldan danışdı

“Mən idmançı adamam, niyə əsa ilə gəzim?! Vaxtilə boksla məşğul olmuşam. İndi də ara-sıra rinqə çıxıram, telekanallarda mənim boksçularla qarşılaşmalarıma xalq dəfələrlə baxıb. İnternetdə bu videoların baxış sayı həddən artıq çoxdur. Bu cür sağlam adam haqda “xəstədir, əsa ilə gəzir” yazmaq düzgün olmaz”.
Xural.com BakuPost.az- a istinadən xəbər verir ki, xəbər verir ki, bu sözləri musavat.com-a açıqlamasında jurnalist Seymur Verdizadəni təhdid etdiyi bildirilən Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyev deyib. O bildirib ki, S. Verdizadə ilə danışmayıb: “Mən o jurnalistlə danışmamışam, onu tanımıram, telefon nömrəsini də bilmirəm”.
Ə.Abıyevin sözlərinə görə, jurnalist onun müavini ilə danışıb: “Müavinə zəng edib deyib ki, əlində əsa gəzir. O da cavab verib ki, belə şey yoxdur”.
İcra başçısı daha sonra bunları deyib: “Hər bir insan xəstələnə bilər. Xəstəlikdən, iraq olsun, hətta ölümdən kimsə sığortalanmayıb, hamının başına gələn aqibətdi. Ona görə də biz gərək kimsənin xəstəliyi ilə zarafat etməyək”.
 
Ə.Abıyev “bu söz-söhbət çıxdıqdan sonra, Seymur Verdizadə ilə danışmısınızmı” sualına belə cavab verib: “Mən onunla niyə danışmalıyam ki? Onu tanımıram, tanımadığım adamla danışmağıma gərək görmürəm”.
Qeyd edək ki, jurnalist “Əsa ila gəzən icra başcısı, işsiz gənclər” başlıqlı yazısına görə təhqir olunduğunu iddia edib. O, hadisə ilə bağlı həmkarlarından kömək istəyib:
“Hesab edirəm ki, həmkarlarım, jurnalist təşkilatları, o cümlədən Mətbuat Şurası bu çirkin hadisəyə öz etirazını bildirməlidir. Yazıya görə jurnalisti söymək ənənəsi orta əsrlərdə qalıb, indi 21-ci əsrdir. Mən 20 ilə yaxındır ki, jurnalist işləyirəm, həmişə də tənqidçi mövqe tutmuşam. Dəfələrlə təzyiqlərə məruz qalmışam, amma ilk dəfədir ki, ailə üzvlərim, qohumlarım, dostlarım hədəfə götürülüb. Əhəd Abıyev anlamalıdır ki, təhdidləri məni yolumdan döndərə bilməz”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button