Bolton Ermənistana Rusiya silahları yerinə Amerika silahları almağı təklif edib?

Cümə axşamı ABŞ prezidentinin müşaviri Con Boltonun Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə Dağlıq Qarabağ münaqişəsi ətraflı müzakirə olunub.

“Biz əlimizdən gəldiyi şəkildə – istər pərdə arxasında, istərsə də Minsk Qrupunun həmsədrlərindən biri olaraq kömək etmək istəyirdik ki, Ermənistan və Azərbaycan arasında hər iki ölkə üçün məqbul olacaq nizamlanmaya yardım edə biləcəyimizi və ya bilməyəcəyimizi görək. Və biz mövcud çətinlikləri etiraf etdik”, deyə Bolton “Azadlıq” radiosuna müsahibəsində bildirib.

“Biz həqiqətən konkret olaraq Ermənistana birbaşa Amerika investisiyalarının artırılması perspektivləri haqqında danışdıq. Əvvəlki görüşdə ona və müşavirlərinə – xarici işlər nazirinə, müdafiə nzirinə, milli təhlükəsizlik üzrə müşavirə dedim ki, Amerikada çox güclü erməni icması var. Və düşünürəm ki, daha sıx iqtisadi əməkdaşlığın perspektivləri məhz özəl sektordadır, bu da uzunmüddətli perspektivdə dövlət yardımından daha yaxşıdır”, deyə Bolton bildirib.

Ermənistan üçün xarici təsirdən asılı olmamaq üçün tam həcmdə suverenlik məsələsi fundamentaldır, deyə o əlavə edib.

Regionda təhlükəsizlik amili kimi Rusiyanın rolu haqqında suala cavabda Bolton bildirib ki, bir çox digər alternativlər var, o cümlədən silah satışı sahəsində.

Konqresin münaqişə ilə əlaqədar Azərbaycan və Ermənistana silah satışı məsələsində hökumətə qoyduğu məhdudiyyətlər var. Amma istisnalar var. “Baş nazirə də dediyim kimi, söhbət ya Rusiyanın, ya da Amerikanın hərbi texnikasının alınmasından gedirsə, biz ikinciyə üstünlük verərdik. Hesab edirik ki, bizim texnikamız istənilən halda Rusiyanın texnikasından daha yaxşıdır. Buna görə belə bir imkanı dəyərləndirmək istəyirik”, deyə Bolton bildirib.

(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button