“Borçalı” Gürcüstan səfirliyinin önünə qara əklil qoyacaq

borcali“Borçalı” Cəmiyyəti  oktyabr-ın 19- nu “ədalətin qara günü” elan etdi

“Borçalı” Cəmiyyətinin Mətbuat və İnformasiya Xidmətindən xural.com-a daxil olan məlumata görə, oktyabrın 19-da “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və sədr müavini Salman Murğuzovun əsassız olaraq Gürcüstana buraxılmamasının bir ili tamam olur.

Bu ciddi məsələyə etiraz olaraq “Borçalı” Cəmiyyətinin İdarə Heyəti 30 nəfər iştirakçı ilə 19 oktyabr 2015-ci il, saat 12.00-da Gürcüstanın Azərbaycandakı səfirliyi önünə qara əklil qoymaqla “19 oktyabr – ədalətin qara günü” adında etiraz aksiyası keçirəcək. Bütün KİV nümayəndələri dəvətlidir.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button