“Böyrəklərim çürüyür, imkansızlıqdan müalicə oluna bilmirəm”

Şamaxı sakini  yardım istəyir

“Şamaxı rayon qaz idarəsində satış şöbəsində bir illik müqavilə ilə işləyirəm aylıq maaşım 250 manatdır müalicə almaq məqsədi ilə “UniBank”dan kredit götürmüşəm və maaşımdan 77 manat kreditə ödəyirəm. Elə vaxt olur ki, vaxtında ödəyə bilmirəm. Bu gecikmələrə görə bank məni məhkəməyə verib aldığım 250 manat maaşımın yarısını – 125 manatı tutacaq”.
Bunu 24saat.org saytına Şamaxı rayonu Məlikçobanlı kənd sakini Qafarov Sədi Camulla oğlu deyib. O bildirir ki, səhhətində ciddi problemlər olsa da, müalicə olunmaq üçün maddi imkanı yoxdur. Bu isə onun həyatı bahasına başa fələ bilər. “Böyrəklərimdə büzüşmə gedir, artıq son həddə çatıb. Çoxlu sayda kistalar və daşlar var. Əməliyyat olunmalıyam. Çarəsiz kasıb ailəyik. Üç azyaşlı körpə övladım var. Ümumilikdə ailəmiz altı nəfərdən ibarətik. Böyrəklərim çürüyür İmkansızlıqdan müalicə oluna bilmirəm. Maddi köməyə ehtiyacımız var”.

Sədi Qafarov aiddiyatı qurumlardan və imkanlı şəxslərdən yardım edilməsini istəyir.

Telefon: 055-894-82-55

BANK RESPUBLİKA: 380194404054764302

ŞƏXSİYYƏT VƏSİQƏSİNİNi NÖMRƏSİ: 15342047

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button