Rubrikalar: DÜNYA XuralTAC

Böyük Britaniyada parçalanma siqnalları – Şotlandiya yenə ayrılmaq istəyir

Şotlandiyanın Böyük Britaniyadan ayrılması haqqında təkrar referendum keçirilməsi təqdirdə müstəqillik tərəfdarları qələbə qazana bilərlər.

Xural.com musavat.com-a istinadən xəbər verir ki, xarici agentliklərə istinadən xəbər verir ki, “Holyrood” saytı hakim Mühafizəkarlar partiyasının üzvü Maykl Eşkroftun sifarişi əsasında keçirilən sorğunun nəticələrini dərc edib.

Sorğu Şotlandiyanın 1019 sakini arasında aparılıb. Onlardan 46%-i müstəqillikdən yana səs veriblər. Respondentlərin 43%-i isə Böyük Britaniyanın tərkibində qalmaq istədiklərini söyləyiblər. 11% seçim etməkdə çətinlik çəkdiyini bildirib.

Lakin ümumi gəlinən qənaət 2021-ci ildə ikinci referendumun keçirilməsindən ibarət olub.

Xatırladaq ki, 2014-cü ildə baş tutan ümümxalq səsverməsində Şotlandiya əhalisinin 55%-i Böyük Britaniyadan ayrılaraq müstəqillik elan edilməsinin əleyhinə olduğunu bildirib.

Lakin Şotlandiyada hələ də separatçı Milli partiya (SNP-Scottish National Party) iqtidardadır və onlar bu ideyadan əl çəkmək istəmirlər. Ölkənin birinci naziri Nikola Stercen Böyük Britaniyanın “Breksit” qərarı verməsindən dolayı bölgənin iqtisadi fəlakətlə üz-üzə qala biləcəyini deyib. Qeyd olunurki, İngiltərədən fərqli olaraq Şimali İrlandiya və Şotlandiya 2016-cı ildə keçrilən “Breksit” referendumunda Avropa Birliyində qalmaqdan yana səs vermişdilər.

Lakin rəsmi Londonun Şotlandiyaya ikinci şans vermək niyyəti yoxdur. Hələ bu ilin aprel ayının 25-də Tereza Mey hökumətinin naziri Devid Lidinqton parlamentin bununla bağlı növbəti akt qəbul etməsinin mümkünsüzlüyünü göstərmişdi.

Yeni Boris Conson hökumətinin də fərqli mövqe tutacağı gözlənilmir.

Paylaş:

This post was last modified on 5 Avqust 2019 7:55 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Elçibəyin tarixi çıxışı: “Qırğının müəllifi Primakovdur”-TARİX

20 yanvar 1990-cı il Azərbaycan xalqının tarixinə qanlı gün kimi yazılaraq, onun müstəqillik qazanmasında ən önəmli səhifəsini təşkil edir. SSRİ…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Əlövsət Əliyevin barəsində həbs qərarı – oğlu danışdı

Almaniyada fəaliyyət göstərən "Legat" İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyevin barəsində həbs-qətimkan tədbiri seçilib. Bu barədə Modern.az-a Ə.Əliyevin oğlu Türkel Rüstəmxanlı…

19 Noyabr 2019
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • XuralTAC

Bakıda sənədsiz evlərə görə komissiyalar işləyir

Bakı şəhəri ərazisində sənədsiz evlərin siyahıya alınması ilə bağlı yaradılmış komissiyalar araşdırmalarını davam etdirirlər. Əvvəlcə paytaxtın rayonlarında sənədsiz evlər siyahıya…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Prezidentin köməkçisi Əli Həsənovun Xəzər TV-ni ələ keçirməsi və fəxr etdiyi sərvəti-BUMERANG

Kanal13 "Prezident köməkçisi Əli Həsənovun Xəzər TV-ni ələ keçirməsi və fəxr etdiyi sərvəti" haqqında veriliş hazırlayıb. Xural.com verilişi təqdim edir:…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Tofiq Yaqublu 30 günlük həbsdən sonra; Onu oğlunu öldürməklə hədələyiblər-VİDEO

19 oktyabr mitinqinə görə həbs edilənlərdən daha 3 nəfəri – Tofiq Yaqublu, Rüfət Səfərov və Baba Süleymanlı noyabrın 19-da azadlığa…

19 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

İran İnqilab Keşikçiləri etirazlar durmazsa, qəti addım atacaqlarını deyib

Dövlət mediası xəbər verir ki, ən azı 100 bank və onlarla bina və maşın yandırılıb İranın İnqilab Keşikçiləri hökumət əleyhinə…

19 Noyabr 2019
Xural.COM