Böyük Britaniyanın baş naziri koronavirusa yoluxdu

Böyük Britaniyanın baş naziri Boris Conson koronavirusa yoluxub.

Bu barədə baş nazir özünün “Twitter”dəki səhifəsində yazıb.

55 yaşlı hökumət başçısı bildirib ki, onun koronavirusla bağlı testi müsbət nəticə verib.

Baş nazirin sözlərinə görə, son 24 saat ərzində siyasətçidə xəstəliyin əlamətləri üzə çıxıb. Onun koronavirus analizlərinin nəticələri müsbət olub.

“İndi mən özümü təcridetmədəyəm, amma videokonfrans rejimində hökumətin fəaliyyətinə rəhbərliyi davam etdirəcəm və biz koronavirusa qalib gələcəyik”, – Boris Conson bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button