Böyük Gələcəyin səsi…

Nəsibə Xatun

Bu layihə Nəsibə Xatunun istəyi ilə yarandı. Altı yaşlı Xatun balamız «köşə yazmaq istəyirəm, çap edərsinizmi» – dedi. «Hə» – dedik. Həyəcanla qələmə sarıldı, mövzusunu, məramını da özü seçdi…

Sonra düşündük ki, bir rubrika açaq və gələcəyimiz olan balalarımızın özlərini ifadə etməsinə şərait yaradaq.

Bütün valideynlərə səslənirik: öladınızda bir istedad görürsünüzsə, heç müdaxilə etməyin, necə istəyirsə, eləcə yazmasına şərait yaradın və bizə göndərin!

Qoy, balalarımız danışsın, Gələcəyimizin səsini eşidək! Axı bizim məqsədimiz “Danışan Azərbaycan” qurmaqdır…

 Sizin “Xural”

 Nəsibə Xatun

Bakı Atatürk Lisesinin I sinif öyrəncisi

 

Məktəbim

 

Birinci gün biz sıra ilə düzülmüşdük, Atatürk andını oxuyurduq. Mən həmin gün çox sevinirdim. Çünki yeni dostlarım olacaqdı. Birinci dəfə andı oxuyurdum. Mən bu andı bilmirdim, çünki birinci dəfə idi məktəbli kimi sıraya düzülmüşdüm. Amma «Yumurcaq»dan çox sözlər öyrənmişdim.

Mən orda sinif otağımızı gördüm. İngilis dili, Türk dili, Azərbaycan dili müəllimimizlə tanış oldum. Türk dili müəllimim həm də sinif öyrətmənim İsa öyrətməndir.

Mən ilk dəfə bu məktəbdə sınava gəlmişdim. Birinci dəfə uşaqlara suallar verirdilər. Uşaqlar da onlara doğru və yanlış cavab verirdilər. Mən də çox suala doğru cavab vermişdim. Mən II yerə çıxdım.

İkinci dəfə məktəbə gələndə öyrətmənimlə tanış oldum. Adımı soruşdu. Mən adımı dedim. Dedi, ucadan danış. Mən ucadan danışdım. Sonra mən onun adını soruşdum. “Adını İsa öyrətmən” dedi.

Mən həmin gün məktəbi, okulumu çox sevdim. İndi iki gün istirahət olanda mən çox darıxıram.

“Xural” qəzeti,

il 9, sayı: 049 (457), 02 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button