
Böyük müharibənin son iştirakçısı ölüb
Klod Şul 110 yaşında dünyasını dəyişib
İNRADİO.AZ “Associated Press”ə istinadən xəbər verir ki, Birinci dünya müharibəsində hərbi əməliyyatların iştirakçısı olan son insan – Klod Stenli Şul Avstraliyada 110 yaşında vəfat edib. Şul həmçinin hər iki dünya müharibəsində iştirak edən yeganə veteran kimi tanınırdı.
Müharibə iştirakçısı mayın 5-də, ölkənin qərbində yerləşən Pert şəhərindəki qocalar evində dünyasını dəyişib. Ölənə qədər o, Avstraliyanın ən yaşlı sakini hesab olunurdu və dünyanın 10 ən yaşlı insanı sırasına daxil idi.
Klod Şul 1901-ci ildə Böyük Britaniyada doğulub. Britaniya silahlı qüvvələrində 1916-cı ildən xidmətə başlayan Şul Birinci dünya müharibəsində iştirak edib.