Bozqurdlar qollarında xüsusi sarğılarla Şəhidlər Xiyabanını ziyarət ediblər

20 Yanvar Ümumxalq anım günündə AMDEP 150 nəfərədək üzvləri ilə təmsil olunub. Partiya üzvləri və Gənclər Təşkilatı fəallarından ibarət ciddi nizam-intizamlı səflər, üzərində “Şəhidlərin əziz xatirəsinə. Azərbaycan Milli Demokrat Bozqurd Partiyasından” yazılmış əklil tutaraq Şəhidlər Xiyabanını ziyarət ediblər. Qollarında – üzərində Bozqurd simgəsi həkk olunmuş və qədim türk əlifbası ilə “BOZQURD” yazılmış sarğılarla yürüyən 150 nəfər bu möhtəşəm yürüşlə Azərbaycanda Millətçi, Türkçü və Bozqurdçu amalın yaşadığını və möhkəmləndiyini nümayiş etdirib. Bu isə Millətimizin 20 Yanvar və Qarabağ Şəhidlərimizin Müqəddəs Anım məkanının ziyarəti zamanı özəl bir məna daşımaqda idi. Bu yürüş bir daha göstərdi ki, Şəhidlərimizin qisasının alınması və torpaqlarımızın qaytarılması günü uzaqda deyil, çünki Millət uğrunda mübarizlik məfkurəsi olan Azərbaycan Bozqurdçuluq amalı yaşayır, təşkilatlanır və möhkəmlənir!

“Xural” qəzeti
il: 9, sayı: 003(411), 23-29 yanvar 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button