
“Bravo”ya maşınla girən qadın Gənclər və İdman nazirinin müavini imiş…
Ölkəni kimlər idarə edir? Gənclər siyasəti, gənclərin problemləri kimə həvalə edilib?
Tanınmış bloqer Mehman Hüseynov öz facebook statusunda bu günlərdə Gənclər və İdman nazirinin müavini təyin olunan bolqar əsilli Mariana Vasilyeva ilə bağlı çox ilginc məlumat yayıb. Statusda deyilir:
“Yadınızda olar, 2018-ci ildə bir qadın içkili halda “Audi Q-3” markalı avtomobili ilə Koroğlu metrosunun yanında yerləşən Bravo marketinə çırpılmışdı. Həmin qəzanı içkili halda törədən xanım indi bilirsiz kimdi? Bolqar əsilli Mariana Vasilyeva. Keçən həftə prezident onu Gənclər və İdman nazirinin müavini təyin edib. Bax belə. Heyvanıva şükür ilahi. Bir salamat adam yox idi ki, nazir müavini vəzifəsinə təyin etmək?
P.S. o vaxt bu hadisə olanda bir çox saytlar bu haqda yazmışdı. İndi araşdırdım. Bu xanım nazir müavini təyin olunan kimi həmin jurnalistlər bu xəbəri saytlardan çıxardıblar. Yaltaqlar!”