Braziliya millisi DÇ-2022-yə qələbə ilə start verib

Yayımlandı: 25 Noyabr 2022 01:02

Ronaldolu Portuqaliya da ilk oyunda qələbəyə sevinib

DÇ-2022-nin qrup mərhələsində noyabrın 24-də daha 4 oyun keçirilib.

Günün ilk oyunu G qrupunda olub. Saat 14:00-da start götürən qarşılaşmada İsveçrə və Kamerun yığmaları qarşılaşıb. İsveçrəlilər bu matçda 1:0 hesablı qələbə qazanıblar.

Bu qrupun digər matçında Braziliya millisi Serbiya ilə üz-üzə gəlib və 2:0 hesablı qələbəyə sevinib.

H qrupunda Uruqvay və Cənubi Koreya milli komandaları görürüb. Oyunda qalib müəyyənləşməyib 0-:0.

Qrupun digər oyunu Portuqaliya və Qana milliləri arasında keçirilib. Kriştiano Ronaldolu Portuqaliya yığması mundiala qələbə ilə start verib. Portuqaliya yığmasi Afrika təmsilçisi üzərində 3:2 hesablı qələbə qazanıb.

DÇ-2022
2-ci tur

25 noyabr

B qrupu
14:00. Uels – İran (“Ahmad Bin Ali” stadionu)
23:00. İngiltərə – ABŞ (“Al Bayt” stadionu)

A qrupu
17:00. Qətər – Seneqal (“Al Tumama” stadionu)
20:00. Niderland – Ekvador (“Xalifa” stadionu)

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button