Britaniya deputatları hökuməti İran İslam Keşçikçilərini terrorçu elan etməyə çağırırlar

Britaniya parlamentinin deputatları – İcmalar və Lordlar palatalarının millət vəkilləri hökuməti İran İslam İnqilabı Keşikçiləri Korpusunu (İİKK) terrorçu təşkilat kimi tanımağa çağırıblar.

Onların fikrincə bu, Yaxın Şərqdə stabilliyin bərpası istiqamətində daha bir addım olardı.

Reuters agentliyinin yazdığına görə ki, İİKK-nin terrorçu təşkilatlar siyahısına salınması o deməkdir ki, Britaniyada bu qrupa üzvlük, onun yığıncaqlarında iştirak və ya ictimai yerlərdə onun simvollarından istifadə cinayət əməli sayılacaq.

Britaniya parlamentinin iki palatasından 60-dan çox millət vəkilinin baş nazir Rişi Sunaka məktubunda deyilir ki, bu addımın atılması xüsusilə də indi, Yaxın Şərqdə münaqişənin davam etdiyi dövrdə təcilidir:

“Biz hökuməti İİKK-nin terrorçu təşkilat elan olunmasının təcililiyini qəbul etməyə çağırırıq. Bu qərar Yaxın Şərqdə və ondan kənarda sülh, stabillik və ədalətin bərqərar edilməsi istiqamətində əhəmiyyətli addım olardlı”.

Hələ yanvar ayında xarici işlər nazirinin müavinlərindən biri demişdi ki, hökumət İİKK-nin terrorçu təşkilat elan edilməsi məsələsinə baxır, lakin hələlik qərar qəbul olunmayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button