Britaniya kəşfiyyatı: Liman şəhərindən çıxarılma Rusiyanın əməliyyat və siyasi uğursuzluğudur
Rusiya hərbi bloqerləri və müxbirləri iddia edirlər ki, Rusiya hərbçiləri Ukraynanın Liman şəfərini itirdikdən sonra Limandan təxminən 30 kilometr aralıda Kremennaya yaşayış məntəqəsinə doğru müdafiə xətti çəkməyə çalışır.
Bu ərazilər artıq Luqansk vilayətində, Rusiya qoşunlarının yayın birinci yarısında ağır döyüşlərlə işğal etdiyi Lisiçansk və Severodonetskin şimalında olan yaşayış məntəqələridir.
Britaniya kəşfiyyatı Ukrayna qüvvələrinin hücumu ilə Rusiya qoşunlarının Donetsk vilayətinin Liman şəhərindən çıxarılmasını Rusiyanın əməliyyat və siyasi uğursuzluğu hesab edir:
“Əməliyyat baxımından Liman vacibdir, çünki o, Rusiyanın müdafiəsini gücləndirməyə çalışdığı Siverskii Donets çayı boyunca yolların əsas kəsişməsində yerləşir. Rusiyanın Limandan çıxması həm də böyük siyasi uğursuzluqdur, çünki o, Rusiyanın guya “azad etmək” məqsədi daşıdığı və qeyri-qanuni ilhaq etməyə cəhd etdiyi Donetsk vilayətində yerləşir”, – Böyük Britaniya Müdafiə Nazirliyi tvitter hesabında yazıb.
Kəşfiyyat mənbələri bildirir ki, qoşunların çıxarılması yüksək vəzifəli məmurlar tərəfindən Rusiya hərbi rəhbərliyinə qarşı növbəti ictimai tənqid dalğasına səbəb olub.
Britaniya kəşfiyyatı Limanı əlində saxlamağa çalışan Rusiya qüvvələrinin geri çəkilərkən ağır itki verdiklərini ehtimal edir.
Bundan əvvəl təxminən 5 min Rusiya hərbçisinin Liman itiqamətində mühasirəyə düşdüyü bildirlmişdi. Oktyabrın 1-də Ukrayna Silahlı Qüvvələrinin Şərq qrupunun sözçüsü sayın daha az ola biləcəyini deyib.
Ukrayna hərbçilərinin mühasirə ilə bağlı məlumatlarından sonra Rusiya Müdafiə Nazirliyi qoşunlarının Limandan “daha sərfəli ərazilərə” – çəkildiyi elan edib.