Britaniya Şahzadəsi Çarlz koronavirusa yoluxub

Böyük Britaniyanın vəliəhd şahzadəsi Çarlz COVID-19 virusuna yoluxub.

BAKU.WS xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Şahzadə Çarlzın koronavirusla bağlı verdiyi testin cavabı pozitiv çıxıb. Onun xanımı Kamillada analizlərin cavabı mənfi olub.

Qeyd edək ki, şahzadə Çarlz hazırda həkim nəzarətində olmaqla Şotlandiyadakı evində karantinə alınıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button