Britaniyanın Avropa Birliyindən çıxma sirri: İngilislər Çinlə birləşib dünyanı yenidən bölür – Təhlil

Sərkis Saturyan

REGNUM İA, 09.10.2016

Köhnə dünyanın taleyi Hələb, Mosul və Kirmanşəhrdə həll olunur

Yuan bu il oktyabrın 1-dən dollar, avro, Britaniya funtu və yapon yeni arasında fəxri mövqe tutmaqla, rəsmən Beynəlxalq Valyuta Fondunun zənbilinə qoşulub. Əlbəttə, dünya maliyyə sisteminin yenidən qurulmasına hələ çox var, çünki hazırda kürəsəl dollar ehtiyatı $11 trilyon qiymətləndirilir, “Bloomberg” agentliyi dəqiqləşdirir ki, fondun valyuta zənbili isə cəmi $285 milyard və yaxud 204,1 milyard SDR (Special Drawing Rights – BVF-da emissiya olunan şərti pul vahidi), təşkil edir.

Buna baxmayaraq, bu hadisənin psixoloji təsiri göz qabağındadır. Axı BVF-nun zənbilində son dəyişikliklər vahid Avropa valyutasının Fransa frankı və Almaniya markasını özündə birləşdirdiyi 1999-cu ildə baş verib. On il keçəndən sonra artıq Çin Xalq Bankının müdiri Çjou Syaoçuan beynəlxalq maliyyə böhranı dalğasında dolların monopoliya durumunu tənqid edərək, onu “iqtisadi sarsıntılaırn əsas səbəblərindən biri” adlandırıb. BVF Vaşinqtonla Pekin arasında balans yaratmaqla uzun müddət tərəddüd edib. Lakin çinlilər 2015-cı ilin oktyabrında arzu edilən məqsədə çatıblar – fond yuanı valyuta zənbilinə qəbul etməyə razılaşıb. Nəzərə almaq lazımdır ki, ABŞ Konqresi keçən ilin dekabrında BVF-nun səalhiyyətlərini genişləndirəcək islahatı bəyənib. Beynəlxalq təşkilatın büdcəsi ən yaxın illərdə 700 milyard dolları keçəcək və bununla da Çinin iqtisadi iştirakını da artıracaq.

Bu sətirlərin müəllifi biçimlənən dünya düzəninin valyuta-maliyyə aspektlərindən təsadüfən danışmır, çünki iki mübadilə mərkəziPekinlə Nyu-York arasındakı suayrıcı məhz oradan keçir. Həm də Nyu-York iqtisadiyyat və siyasətdə Amerika üstünlüyünü tarazlaşdırmaq naminə müttəfiq yardımı üçün Pekinə müraciət edir. “International Business Times” xəbər verir ki, Londonun yuan üçün dünyada böyüklüyünə görə (6,35 payla) ikinci offşor klirinq mərkəzinə çevrilməsi bu faktın sübutu rolunu oynayır.

Gözləmək lazım gəldiyi kimi, birinci yeri yuanla bütün əməliyyatların 72,5%-ə sahiblik edən Honqkonq tutur. Çin valyutası ilə gündəlik əməliyyatların həcmi $39 milyard qiymətləndirilir. Qaldı ki, dollar və avroya, onların mövqeyi hələlik sarsılmazdır – uyğun olaraq $1.9 trilyon və $837 milyard.

London Sitisini idarə edənlərdən biri, maliyyəçi Mark Boleat Britaniya-Çin əlaqələrinin əhəmiyyətini bu cür qiymətləndirir: “Britaniya korporasiyaları Londonun böyüklüyünə görə ikinci offşor klirinq mərkəzi olması sayəsində əmtəə və xidmətlərin bütün spektrini yuanla ala bilir ki, bu da Böyük Britaniya ilə Çin arasında ticarətin inkişafına şərait yaradır. ÇXR-ə ixracatı indi dərhal yerli valyuta ilə həyata keçirmək olar ki, nəticədə sövdələşmə daha sərfəli olur. Əks halda kontragentlər əvvəlcə dollar əldə etməli, yalnız sonra isə funta dəyişməli olardılar. Eyni hal idxalata da aiddir”.

Beləliklə, Böyük Britaniya payının Honqkonq, Tokio və Sinqapurun xeyrinə azaldığı dünya maliyyə xidmətləri sahəsində üstünlük mövqeyini özünə qaytarmağa cəhd edir. Beynəlxalq Hesablamalar Bankının məlumatına görə, valyuta bazarında Londonun  payı 41%-dən 37%-ə düşüb, halbuki Honqkonq, Tokio və Sinqapur öz birgə mövqelərini 15%-dən 21%-ədək artırıb. Britaniyalıların məntiqi üzdədir: Avropa Birliyi Çinin ən böyük ticari tərəfdaşıdır, bu da Köhnə Dünyada yuana tələbatı yüksəldərək Londona (qitədə Çin valyutasının əsas əməliyyatçısına) Avropanın, gələcəkdə isə qalan dünyanın, o cümlədən Şimali Amerikanın aparıcı maliyyə mərkəzi rolunda qalmaq imkanı verir. Britaniya da buna görə AB-nin tərkibindən çıxır: bu, ona Avropa Komissiyası və Almaniya, Lüksemburq və İtaliyanın bank evlərinin yön verdiyi Avropa Mərkəzi Bankına fikir vermədən Avropa-Çin ticarət axınına rejissorluq etməyə şərait yaradır.

Hələb, Mosul və Kirmanşəhr

Yuxarıda sadalanan çalarlar dayanıqlığı Suriya və İraqdakı hərbi vəziyyətdən asılı dünya siyasətinin üst mərtəbəsidir. Söhbət Çinin Yaxın və Orta Şərq ölkələrindən Avropaya gedən “İpək yolu” layihəsindən gedir. Onun taleyi Suriyanın Hələb və İraqın Mosul şəhərləri ilə sıx bağlıdır.

İranın “Tasnim News” agentliyi xəbər verir ki,  Suriya Ərəb Respublikasının (SƏR) hökumət ordusu Hələbin şərqində Bustan əl-Paşa rayonunda irəliləyərək “Cəbhət ən-Nusra” terrorçularının mövqelərini inadla sıxşdırır. BMT baş katibinin Suriya üzrə xüsusi elçisi Steffan de Mistura isə “Cəbhət ən-Nusra” tərəfdarlarına ümumiyyətlə Hələbi tərk etməyi təklif edir: “Şərqi Hələbi öz silahlarınızla ləyaqətlə tərk edib İdlibə, yaxud istədiyiniz yerə yollanmaq qərarına gəlsəniz, mən sizi şəxsən müşayiət etməyə hazıram”.

Hamı, o cümlədən Fransanın “Le Point” nəşri vəlvələyə düşüb və qəflətən xatırlayıb ki, şəhərdə 275 min sakin qalıb. Axı Qərb KİV-ləri adamları yalnz o halda xatırlayır ki, prezident Bəşər Əsədi “qan axıtmaq”da qınamaq üçün formal bəhanə yaransın. Suriya silahlı qüvvələrinin baş komandanlığı yaraqlıların yeri və Hələbdəki anbarları haqda dəqiq məlumata malikdir. Buna görə də ABŞ başda olmaqla Qərb koalisiyası çaşbaş düşüb, axı Hələbdəki agenturalarının məğlubiyyəti Mosulun İŞİD-dən “azad” edilməsi üzrə planlaşdırdıqları əməliyyatın əhəmiyyətini itirir. Bax, buna görə Şimali İraq və Şimali Suriya Səmalar ölkəsindən mallar üçün potensial nəqliyyat dəhlizidir və Orta Asiya ölkələrinin dəmiryol şəbəkəsi və yaxud Fars körfəzindəki Bəndər-Abbas limanı vasitəsilə gələn məhsul üçün İran təmərküzləşdirici məntəqə rolunu oynayır.

Pentaqon üçün maksimum vəzifə İran-İraq və İraq-Suriya sərhədlərinə nəzarətdir. Bu, Vaşinqtona Pekin və Tehrana geopolitik “hesab” təqdim etmək imkanı verəcək. Bu strategiyanın birbaşa nəticəsi İran İslam İnilabı Keşikçiləri Korpusunun (İİKK) Kirmanşəhrin qərb əyalətində fəaliyyət göstərənAzad Kürdüstan uğrunda partiyanın (Party for Free Life in Kurdistan – PJAK) kürd yaraqlıları ilə qarşıdurmasıdır. Yeri gəlmişkən, İranın Kirmanşəhri “İpək yolu iqtisadi qurşağı”nın əsas şəhərlərindən biridir və onun Mosul və Hələblə bağlılığı Avropa Birliyi ilə Səmalar ölkəsi arasında ticari münasibətlərin logistikasını dəyişmək imkanı verir. Və amerikalılar buna barmaqarası baxa bilməzlər.

Məsələyə Türkiyə qarışır və öncələr ABŞ-ı məlumatlandırmışdı ki, İraqın şiə könüllü yığması Mosulun 50 km-liyində yerləşmiş Təll-Əfar şəhərindəki (Ninəva əyaləti) mövqelərdən istifadə edərək İran və Suriyaya quru dəhlizi açacaq.

Belə çıxır ki, İŞİD terrorçularının 2014-cü ildə Mosulu ələ keçirməsi məhz İraqın şimalından Dəməşqə yardım tədarük edən İrana zərbə idi. Yəni Suriya ərazisində İran dəstəyi artıq Türkiyəyə qarşı oynayırdı.

Türkiyənin “Daily Sabah” nəşri dəqiqləşdirir ki, İraq Kürdüstanı prezidenti Məsud Bərzaniyə loyal “Peşmərgə” birləşmələri hazırda PKK qüvvələrinin cəmləşdiyi Sincarda sərhədə nəzarət edəcək. “İraqın şiə könüllü yığması Sincarla sərhəddə PKK dəstəyindən istifadə edir ki, Suriyaya girsin. Bu, Bəşər Əsəd ordusunun hərbi və maddi-texniki təchizatını asanlaşdırmaq imkanı verəcək. İŞİD əvvəlki tək Sincarın yarısına nəzarət edir, eyni zamanda PKK şəhərin mərkəzi və Suriya sərhədi boyunca rayonları nəzarətə alıb. Türkiyə kəşfiyyatının məlumatına görə, Sincarda PKK-nın sərəncamında əsasən yezidilərdən ibarət min nəfərə yaxın milis əməkdaşı var”.

Hətta Ankaranın İraqın şimalında işğal siyasəti Amerikanın işinə yarayır, çünki Mosulda Amerika qüvvələrinin cəmləşməsi üçün platsdarm yaradır. Bu mənada İŞİD Mosula potensial hərbi baza kimi yanaşan Pentaqonun regional ekspansiyası üçün əlverişli bəhanədir. Təsadüfi deyil ki, Ankara ərazi suverenliyini bərpa etməyə çalışan Bağdadla söz atışmasına girişir.

“China Post” Türkiyə baş naziri Binəli Yıldırımdan sitat gətirir: “Bağdadda hökumətin nə dediyindən asılı olmayaraq Türkiyə İŞİD-ə qarşı vuruşmaq və demoqrafik durumu zorla dəyişdirməyə istənilən cəhdin qabağını almaq üçün İraqın şimalında qalacaq”.

Fransa, Almaniya, Böyük Britaniya və ABŞ təmsilçilərinin Ərbildəki fəallığına əsasən NATO bloku açıq şəkildə antirusiya xarakteri daşıyacaq “İpək yolu” üzrə artıq müəyyən siyasi konsensus əldə edib. Buna görə də Rusiya HKQ, Suriya hökumət ordusu və İranın İİKK-nin Hələbi sələfi qruplaşmalardan azad etməkdən savayı çıxış yolu yoxdur. Moskva, Dəməşq və Tehran Köhnə Dünyanın yeni müstəmləkəçlik dövründə ancaq bu cür duruş gətirə bilər. Burada isə tandem kimi Çin və Böyük Britaniya çıxış edir.

Tərcümə Strateq.az-ındır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button