BŞİH Lökbatanı göstərdi, Müsavat isə meriyanın qarşısına gedəcək

Bu gün Bakı şəhər İcra Hakimiyyəti Müsavat Partiyasının noyabrın 10-na təyin otdiyi mitinqlə bağlı müraciətinə cavab verib.

Partiyadan “Basta”ya verilən məlumatda bildirilir ki, paytaxt meriyası aksiyanın Lökbatan qəsəbəsində keçirilməsini məqsədəuyğun sayıb.

Müsavat Partiyası aksiya üçün Tofiq Bəhrəmav adına stadionun qarşısındakı meydan, Dərnəgül metrostansiyasının çıxışında olan meydan, yaxud “Məhsul” stadionunda yer ayrılmasını istəmişdi. BŞİH-dən verilən cavabda deyilir ki, “Məhsul” stadionunda təmir işləri gedir, metrostansiyaların qarşısında olan meydanların isə “nəqliyyatın sıx hərəkət etdiyi” ərazi olduğu üçün, burada aksiyanın keçirilməsi məqsədəuyğun sayılmır.

Müsavat Partiyası BŞİH-in bu cavabını qanunsuz sayır və buna etiraz olaraq paytaxt meriyasının qarşısında aksiya keçirəcək.

Partiya başqanının müavini Səxavət Soltanlının “Basta”ya verdiyi məlumata görə, noyabrın 12-də saat 15:00-da BŞİH-in binası qarşısında piketin keçirilməsi üçün xəbərdarlıq məktubu göndəriləcək.

“12 noyabr – Konstitusiya günündə, konstitusiyanın 49-cu madəsində nəzərdə tutulan sərbəst toplaşmaq azadlığının pozulmasına etiraz əlaməti olaraq aksiya keçirəcəyik” – deyə, Səxavət Soltanlı bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button