“Bu ayrılıq yazıdısa, bir ölüm gəlib pozar”-ŞEİR

Səadət Cahangir

 

Yaşamaqdı, sənsiz ötdü
göydə son durna kimi,
yayda üşütmə kimi,
qışda qızdırma kimi…

çağırsam “haralardasan”,
duyma, canın sağ olsun,
bu günü də başa vurdum,
sıfıra vurma kimi…

elə dərin bir sızısan
yediyim güllələrdən
yaddaşıma batıb qalan
sonuncu qırma kimi…

bu ayrılıq yazıdısa,
bir ölüm gəlib pozar,
vergim yoxdu ki, yenidən
alın yazdırma kimi…

bir gün o ölümə uyub,
səssiz uçub gedərəm,
biləndə “uçuş” deyərsən,
adam azdırma kimi…

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button