Bu dəfə də hədəfdə bələdiyyə sədrləridir

Biləcəri Bələdiyyəsinin sədri İlham Xəlilov
Biləcəri Bələdiyyəsinin sədri İlham Xəlilov

Xəbər verdiyimiz kimi, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi YAP-çı millət vəkili Gülər Əhmədovanın saxta ittihamı ilə «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallını həbs edib və Nəsimi rayon Məhkəməsinin qərarı ilə baş redaktor haqqında istintaq işi aparıldığı üçün o, 3 ay müddətində azadlıqdan məhrum edilib.

 Ə.Zeynallının həbsindən dərhal sonra onun mobil telefonları Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən müsadirə olunmuş və telefona gələn zənglər tam qanunsuz olaraq nəzarətə götürülmüşdü. Sonradan məlum olmuşdu ki, baş redaktorun telefonuna zəng vuran oxucular, iş adamları Korrupsiyaya qarşı Mübarizə İdarəsing çağrılaraq təhdid edilmiş, onlardan 10-15 min manat arasında rüşvət verməsi tələb olunmuş və bunun qarşılığında adlarının bu işdən çıxarılacağı vədləri verilmişdi. Qəzetin baş redaktorunun bu haqda ciddi açıqlamalarından və etirazlarından sonra bu qanunsuzluğa ara verilmiş, nəticədə Ə.Zeynallının mobil telefonları istintaq müddətində söndürülmüşdü. Lakin Ə.Zeynallının «üzünə duran» adamların axtarışında olan Korrupsiyaya qarşı Mübarizə İdarəsi heç bir əsas olmadan, «hədə-qorxu» ilə işə əlavə «şahidlər» cəlb etmiş, sonradan həmin şahidlər BP KQMİ də iradələrinə əksinə olaraq yazdıqları ifadələrdən və Ə.Zeynallının «üzünə durmaqdan» imtina etmişdilər. Nəsimi rayon Məhkəməsinin Ə.Zeynallının barəsində çıxardığı üç aylıq hökm başa çatmaq üzrədir və işin yarımçıq qalmasından narahat olan İdarə bu dəfə də hədəfə bələdiyyə sədrlərini götürüb. Əldə etdiyimiz məlumata əsasən, bəzi bələdiyyə sədrləri, o cümlədən Biləcəri Bələdiyyəsinin sədri İlham Xəlilov Korrupsiyaya qarşı Mübarizə İdarəsinə çağırılıb və ondan Ə.Zeynallıya rüşvət verməsi haqqında ifadə vermək tələb olunub. Azərbaycan mətbuatı İ.Xəlilovun Biləcəri bələdiyyəsinin sədri olduğu müddətdə yol verdiyi qanunsuzluqlar barədə kifayət qədər dolğun məlumatlar yayıb. O cümlədən, «Xural» qəzetinin 24 sentyabr 2011-ci il tarixli 449-cu sayında https://www.xural.com/?p=6557  İlham Xəlilovun Biləcəri Bələdiyyəsinin sədri olduğu 8 il müddətində qanunsuz olaraq Biləcəridəki torpaq sahələrini satması haqda məlumat dərc olunub. Əgər bələdiyyə sədrinin Korrupsiyaya qarşı Mübarizə İdarəsinə verdiyi ifadələr həqiqətə söykənirdisə, nədən İ.Xəlilov haqqında «Xural» qəzeti tənqidi yazılarla çıxış edib? Deməli, İ.Xəlilov KQMİ-nin təklifindən bəhrələnərək qərəzli olaraq Ə.Zeynallıya qarşı yalan ifadə verib. Bilərəkdən yalan ifadə verməyin özü də Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə cinayət hesab olunur:

Maddə 297.:Bilə-bilə yalan ifadə vermə, yalan rəy vermə və ya yanlış tərcümə etmə

297.1. Məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə—

— beş yüz manatdan min manatadək miqdarda cərimə və ya yüz altmış saatdan iki yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 

297.2. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı törədildikdə—

— iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
 

Qeyd:

1. Bu Məcəllənin 297.1-ci maddəsində göstərilən şəxslər təhqiqatın, ibtidai istintaqın gedişində, məhkəmə baxışında məhkəmə tərəfindən hökm və ya qətnamə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən qərar çıxarılanadək verdikləri ifadənin, rəyin və ya etdikləri tərcümənin yalan olduğunu könüllü olaraq bildirdikdə cinayət məsuliyyətindən azad olunurlar.

2. Şəxs özünə, arvadına (ərinə), övladlarına, valideynlərinə və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumlarına qarşı ifadə verməyə məcbur edilərək bilə-bilə yalan ifadə verdikdə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

 O baxımdan, Baş Prokuror yanında KQMİ-nin bu cəhdini də növbəti “farş” hesab etmək olar.

XuralTAC

Əlaqəli məqalələr

1 şərh

  1. Goresen hech bu memurlar ozlerine sual verirler ki, var dovletleri prezidentin sahib oldugundan qat-qat choxdur, axi bunu hansi maahla edirler, he… ayda 30 manat ishiq pulu odeyenler var e….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button