“Bu fərqin artması pis tendensiyadır, ölkədə fövqəladə vəziyyət elan oluna bilər…”

“Əgər qaydalara ciddi riayət olunsa, iki həftəyə müsbət nəticə əldə edə bilərik. Amma bugünkü nəticələr onu göstərir ki, qaydalara tam əməl edilmir”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov brifinqdə çıxışı belə zamanı deyib. O bildirib ki, nə qədər qaydalara əməl edilməsə, nəticə də gec əldə olunacaq.

İ.Məmmədovun sözlərinə görə, koronavirusa yoluxma tempinin günbəgün artması müşahidə olunur. Yoluxanların sayı sağalanların sayını bir neçə dəfə üstələyir.

“Cəmi 26 nəfər sağalıb. Bu fərqin artması pis tendensiyadır. Lakin hələlik vəziyyətin nəzarət altından çıxmasından söhbət getmir. Əgər bu tendensiya davam etsə və situasiya daha da mürəkkəbləşsə ölkədə fövqəladə vəziyyətin elan edilməsi istisna edilmir. Hökumətin bütün planları var. Arzuolunandır ki, buna ehtiyac olmasın”,-hökumət sözçüsü deyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button