Bu gün Ağalar Bayramovun doğum günüdür

Bu gün Azərbaycan Respublikasının Əməkdar artisti, yaşayan ən böyük qiraət ustalarımızdan biri Ağalar Bayramovun doğum günüdür. Azərbaycan mətbuatının dostu, cəmiyyətin və xalqın sevimlisi Ağalar müəllim ölkəmizi layiqincə təmsil edən sənət adamlarından biridir. Təsadüfi deyil ki, bədii qiraət sənətinin bu gün yaşayan ən böyük ismi olmaqla birlikdə, Ağalar müəllim həm də xalqın içində olan, onun dərdlərini bölüşən, onunla birlikdə nəfəs alan sadə xalq adamıdır. Gerçəkləri deyən, özünün ictimai mövqeyi olan və bu mövqeyini görkəmli söz adamlarının bədii sənət vasitələrini səsləndirməklə biruzə verən sənətkara, bəlkə elə bu məziyyətlərinə görə də Xalq artisti fəxri adını verməyə tələsmirlər. Az qala Mədəniyyət nazirlərinin uşaqlıq və qoppadaşlıq dostlarının da Xalq artisti olduqları zəmanəmizdə bu söz və qiraət sərrafının adı Prezidentə gedən xalq artisti siyahılarında özünə yer tuta bilmir və bu, çox maraqlı və müəmmalıdır.

Olsun! O – Ağalar Bayramov bizim, azərbaycanlıların Xalq artistidir! Biz onu belə bilirik, belə də olacaq!

“Xural” qəzetinin kollektivi olaraq Səni təbrik edirik, böyük ustad Ağalar Bayramov!

 

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button