Rubrikalar: CƏMİYYƏT XuralTAC

Bu gün Aşuradır

Bu gün Azərbaycanda Aşuradır.

APA-nın xəbərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və Elmi-Dini Şura Məhərrəm ayı ilə bağlı fətvasına əsasən, hicri 1441-ci ilin başlanğıcı – Məhərrəm ayının 1-i miladi təqvimlə 2019-cu il sentyabrın 1-nə, Aşura günü isə sentyabrın 10-na təsadüf edir.

Fətvada qeyd olunub ki, Aşura hadisəsində Müaviyə oğlu Yezidin göstərişi ilə Həzrət Peyğəmbərin (s) nəvəsi və səhabəsi İmam Hüseyn (ə), o Həzrətin (s) digər səhabələri, Əhli-Beyt və tərəfdarları Kərbəla çölündə şəhid edilib, ailələri əsir alınıb. Bununla yanaşı, İmamın (ə) haqq-ədalət naminə şəhadəti bəşəriyyət və insanlıq üçün mənəvi kamillik, dirçəliş nümunəsidir. Odur ki, İmam Hüseyn (ə) əzadarlığı ölkəmizdə də bədbinlik və ümidsizliyə deyil, Vətən və iman sevgisinə, işğal olunmuş Qarabağ torpaqlarının azad edilməsi uğrunda mübarizəyə çağırış ruhunda olmalıdır.

Fətvada bildirilib ki, məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir. Din xadimləri İmam Hüseyn (ə) mübarizəsinin və Kərbəla faciəsinin mahiyyətini düzgün çatdırmalı, şəhidlik fəlsəfəsinin açıqlanmasına, vətən təəssübü və milli mənafelərimizin təbliğinə ciddi çalışmalıdırlar. İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Qurşağadək soyunub zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir, İmamın (ə) və Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Din xadimləri Qazılar Şurasının və Elmi-Dini Şuranın fətvasını məscidlərdə oxumalı və qeyd olunan tövsiyələrə bütün dini mərasimlərdə əməl olunmalıdır.

Fətvada həmçinin vurğulanıb ki, QMİ-nin təşəbbüsü ilə gerçəkləşən və təziyə günlərində ehtiyacı olan xəstələr üçün təşkil edilən İmam Hüseyn (ə) xatirinə könüllü qanvermə aksiyaları cəmiyyətin təqdirini qazanıb: “Respublika Səhiyyə Nazirliyi QMİ-nin başlatdığı bu kampaniyaya dəstək əlaməti olaraq məscidlərlə yanaşı, ibadət məkanlarına yaxın ərazilərdə yerləşən tibb məntəqələrində (xəstəxana və poliklinikalarda) də qanvermə aksiyalarının həyata keçirilməsini təmin edəcək. Kərbəla və Azərbaycan şəhidlərinin xatirəsinə qan verilməsinin təşkili ən münasib əzadarlıq nümunəsidir və din xadimlərimiz bu savab əməli lazımınca təbliğ etməlidirlər”.

Paylaş:

Share

Son Əlavələr

  • MƏDƏNİYYƏT
  • XuralTAC

Səadət Cahangir şeiri: ““Hardasan” çağır, gəlim”

Bu yağmurlu gecədə “hardasan” çağır, gəlim, bir dayanacaqda dur, çətir aç, yağır, gəlim... çağır, bəlkə bu küçənin kənarından keçirsən, qısıldığım…

23 Sentyabr 2019 1:39 axşam
  • SİYASƏT
  • XuralTAC

Fuad Əliyev: “İsraildə səfirliyimiz açılmalıdır”

Azərbaycan Liberal demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev Sədr Aparatının iclasını keçirib. Xural.com xəbər verir ki, iclasda ictimai-siyasi vəziyyət, dekabrda…

23 Sentyabr 2019 12:51 axşam
  • GÜNDƏM
  • XuralTAC

Fəalın həbs müddəti bitib, amma azadlığa buraxılmır

Sentyabrın 2-də 15 gün müddətinə həbs edilmiş ictimai fəal Rafael Hüseynzadənin inzibati həbs müddəti sentyabrın 17-də başa çatıb. Həbs müddətinin…

23 Sentyabr 2019 1:38 səhər
  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Əfqan Muxtarlı həbsdə aclıq aksiyasına başlayıb

16 saylı koloniyada cəza çəkən jurnalist Əfqan Muxtarlı bu gün aclıq elan edib. O, qanunsuzluğa və vəkili Nemət Kərimliyə fiziki…

23 Sentyabr 2019 1:35 səhər
  • GÜNDƏM
  • XuralTAC

Vurğun Əyyubun səhhəti ağırlaşıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyubun səhhəti ağırlaşıb. Bu barədə APA-ya Vurğun Əyyubun əmisi oğlu İsmayıl Əyyub…

22 Sentyabr 2019 11:14 axşam
  • GÜNDƏM
  • XuralTAC

Rövnəq Fatehin İstanbulu “fəth etmək” savaşı

  Neft maqnatı azərbaycanlı iş adamlarının hotelini əllərindən necə alıb?   Bizim məmurların “mədəsi ilə beyni arasında rabitə itdiyinə” görə,…

22 Sentyabr 2019 2:31 səhər
Xural.COM