Bu gün Azərbaycanda Sevgililər Günüdür

Bu gün Azərbaycanda Sevgililər Günü kimi qeyd olunur. Bu ideya ilk dəfə 2003-cü ildə “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı tərəfindən cəmiyyətə təqdim olunub və uzun illər “Xural” qəzeti və onun kollektivi ideyanın yayılması və qəbul olunması üçün fövqəladə həvəs və istəklə təbliğat aparıb. 30 İyun 20 yanvar Şəhidləri İlhamla Fərizənin 1989-cu ildə baş tutan toylarının tarixidir. Zaman-zaman 30 iyunun dövlət miqyasında qeyd olunması üçün mərhum prezident Heydər Əliyevə və İlham Əliyevə müraciətlər olunub. 2007-ci ildə “Xuralın kitabxanası-003” seriyasında Sevgililər Gününün tarixindən bəhs edən və Əvəz Zeynallının müəllifi olduğu “Tanrı Günü – 30 İyun Sevgililər Günü” kitabı işıq üzü görüb. Kitabda 30 iyunun tarixi əksini tapıb.

Bütün Azərbaycan gənclərini 30 İyun Sevgililər Günü münasibətilə təbrik edirik!

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button