Bu gün güllələnərək öldürülən Elmar Hüseynovun doğum günüdür

Bu gün tanınmış jurnalist, müəmmalı şəkildə qətlə yetirilən “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun doğum günüdür.
xural.com xəbər verir ki, Elmar Sabir oğlu Hüseynov 1967-ci il iyulun 17-də Bakıda anadan olub.
1983-cü ildə Əzizbəyov rayonundakı 234 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olub. 1985-1987-ci illərdə sovet ordusunda xidmət edib. Daha sonra jurnalist fəaliyyəti ilə məşğul olub.
O, jurnalistikaya 1990-cı illərin əvvəllərində gəlib. Bir neçə rusdilli media quruluşunda çalışan jurnalist daha sonra “Monitor” jurnalını təsis edib.
2005-ci ilin martın 2-də muzdlu qatil tərəfindən Bakıda, yaşadığı evin blokunda odlu silahla qətlə yetirilib. Qətlə yetirilən zaman Monitor jurnalının naşiri və baş redaktoru idi. Cinayətin üstü indiyədək açılmayıb. 2006-cı ilin sonlarında həyat yoldaşı Ruşaniyyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib. Jurnalistin qatilləri indiyədək tapılmayıb.
Ölümündən sonra Azərbaycanda Elmar Hüseynovun adını daşıyan fond yaradılıb. Fonda mərhum jurnalistin xanımı Ruşaniyyə Hüseynova rəhbərlik edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button