Bu gün I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanıdır

Ən yaşlı abituriyent 1962-ci ildən, ən gənci isə 2003-ci ildəndir

Mayın 20-də, bazar günü 2018/2019-cu tədris il ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahan keçirilir.

İmtahanlar 11 şəhərdə – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazın 62 binasında aparılacaq. İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Prosesin idarə olunmasına 229 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2603 nəzarətçi-müəllim cəlb olunacaq.

Bu barədə Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatda qeyd olunub ki, imtahanda 33139 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 28055 abituriyent I qrup üzrə, 5084 abituriyent IV qrup üzrə imtahan verəcək.

Abituriyentlərdən 30356 nəfəri Azərbaycan bölməsinin (I qrup üzrə 25841, IV qrup üzrə 4515 nəfər), 2783 nəfəri isə rus bölməsinin (I qrup üzrə 2214, IV qrup üzrə 569 nəfər) məzunudur. Abituriyentlərin 20108 nəfəri oğlanlar (I qrup üzrə 18554 nəfər, IV qrup üzrə 1554 nəfər), 13031 nəfəri isə qızlardır (I qrup üzrə 9501 nəfər, IV qrup üzrə 3530 nəfər). 26675 nəfər cari ilin orta ümumtəhsil məktəblərinin, 6464 nəfər əvvəlki illərin məzunlarıdır (buraya ali və ya orta ixtisas təhsili olanlar da daxildir). 81 nəfər ali təhsil müəssisələrinin, 828 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 137 abituriyent xarici ölkələrin vətəndaşıdır.

Bakı şəhərində 15077, Naxçıvanda 975, Gəncədə 3438, Sumqayıtda 2162, Mingəçevirdə 1555, Şəkidə 2029, Bərdədə 1193, Göyçayda 1492, Şirvanda 1739, Lənkəranda 1983, Xaçmazda isə 1496 abituriyentin imtahan verəcəyi gözlənilir.

Bildirlir ki, ən yaşlı abituriyent 1962-ci ildən, ən gənci isə 2003-ci ildəndir.

Mayın 13-də 2018/2019-cu tədris il üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərin II və III ixtisas qrupları üzrə imtahanı keçirilmişdi. (meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button