Bu gün işdən çıxarılan başçıya PA-da vəzifə verildi

Ərazi idarəetmə şöbəsinin rəhbərinin müavini təyin olunub

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad olunan Gədəbəyin icra başçısı İbrahim Mustafayevə vəzifə verilib.

“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, o, Prezident Administrasiyasının Ərazi idarəetmə orqanları ilə iş üzrə şöbəsinin rəhbərinin müavini təyin olunub.

Həmin şöbəyə Prezidentin köməkçisi Zeynal Nağdəliyev başçılıq edir.

Xatırladaq ki, İ. Mustafayev 2018-ci ildən Gədəbəyin icra başçısı idi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button