Bu gün Neft Akademiyasındakı faciədən 9 il ötür – Video

9 il öncə, aprelin 30 da Azərbaycan qara bir xəbərlə çalxalandı. Əli silahlı, sonradan ruhi xəstə adlandırılan bir nəfər silahla Neft Akademiyasının binasına daxil önüb önünə çıxan hər kəsə atəş açmış,  13 nəfəri öldürüb, 13 nəfəri də qətlə yetirmişdi. Ölənlərdən biri Sudan, digəri Suriya  vətəndaşı olmaqla iki tələbə əcnəbi idi. İstintaq materiallarına əsasən  terror aktını Gürcüstanda yaşayan erməni əsilli Mardun Qumaşyan planlamışdı.

O əlbir olduğu Nadir Əliyev, Cavidan Amirov və Nəcəf Süleymanovla əlaqəyə girərək onlara ümumilikdə 50 min dollar verməyi vəd edərək silahlı basqın planlamışdı. Həmin gün Fərda Qədirov  silahlı şəxs Neft Akademiyasının binasına daxil olaraq, ətrafdakılara atəş açmağa başlayır. Birinci mərtəbədən sonuncu mərtəbəyə qədər qarşısına çıxan şəxsləri yaxın məsafədən hədəf alır.Polis tərəfindən zərərsizləşdiriləcəyini görən silahlı şəxs özünü də öldürür.İbtidai istintaq Fərda Qədirovun ruhi xəstə olduğunu müəyyən edir. Ata -anası övladlarının ölüsünə sahib durmaq istəmədiyi üçün hadisəni törədən Fərda Qədirov Bakıda kimsəsizlər  məzarlığında dəfn olundu.

O, əvvəlcədən hazırladığı  videomüraciətdə   bu cinayəti Azərbaycan cəmiyyətinə nifrət etdiyinə görə törətdiyini bildirmişdi.

O faciədə ölənlərdən biri də, jurnalist, “İnterfaks” xəbər agentliyinin  baş direktoru Anar Əzizovun anası,  Neft Akademiyasının müəllimi Tamilla Əzizova idi. Anar Əzizovla o məşum günü  xatırlayırıq.

“Anamın yaralandığını və ya həlak olduğunu bilmirdim. Bir tanış jurnalist universitetdə hadisə baş verdiyini , yaralılar olduğunu söylədi.Xəbəri eşidən kimi getdim. Xaos idi. O təlaşla necə oldusa içəri buraxdılar. Jurnalsit olduğumu söylədim. Anamı dəhlizdə qanlar içində gördüm. Yanında  tələbələrdən biri də var idi. Hər ikisi atəş açıldığı anda ölmüşdülər.Məzarları da yanaşıdır. Ziyarət edərkən düşünrəm ki, o gənc yaşaya bilərdi, əlaçı tələbəydi, bütün həyatı qabaqdaydı”,- deyə Anar  Əzizov qeyd edir.

Bu hadisədə də erməni barmağı var. Bu gün məxməri inqilablarından bir çoxlarının az qala həsəd apararaq danışdıqları ermənilərin şeytani düşüncəsinin məhsuluydu 30 aprel. Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq düşmən elə düşməndir və xaincə pusqudadır.Unutmağımız, mərhəmət edəcəyimiz anı gözləyir. Yenidən arxadan  zərbə vurmaq  üçün.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button