Rubrikalar: GÜNDƏM XuralTAC

Bu gündən Bakı metrosu açılır

Sanitar-epidemioloji vəziyyətə uyğun olaraq bu gün saat 06:00-dan Bakı Metropoliteninin sərnişindaşıma fəaliyyəti bərpa edilir.

Xural.com xəbər verir ki, 2020-ci il sentyabrın 30-dək şənbə və bazar günləri ictimai nəqliyyat fəaliyyət göstərmədiyinə görə sentyabrın 19-u saat 00:00-dan sentyabrın 21-i saat 06:00-dək və sentyabrın 26-sı saat 00:00-dan sentyabrın 28-i saat 06:00-dək metropolitenin sərnişindaşıma fəaliyyəti də dayandırılır.

“İctimai nəqliyyatda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”ə uyğun olaraq koronavirus infeksiyasının yayılmasına yol verilməməsi, sərnişinlərin sağlamlığının qorunması məqsədilə metropoliten ərazisində müvafiq tədbirlər görülüb.

Mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınaraq və virusa yeni yoluxma hallarına yol verməmək üçün vətəndaşlardan mövcud karantin rejiminin tələblərinə və tibbi-profilaktik qaydalara əməl etmək xahiş olunur.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Ombudsman İsrail səfirini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva İsrailin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib. Bu haqda Xural.com…

28 Oktyabr 2020
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • MƏDƏNİYYƏT
  • XuralTAC

O, əsil xalq adamı, ziyalı və nurlu bir şəxsiyyət idi…

Unutsaq, unudularıq! Respublikanın tanınmış inşaatçı-mühəndisi, Böyük Vətən müharibəsi veteranı və dəyərli ömür yolu keçmiş böyük ziyalı Qurban Camal oğlu Sultanov…

28 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

ABŞ-dan gələn Qarabağ zəngi

ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb. Dövlət Departamentindən bildirilib…

28 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Ermənistanda panika: “Hər şeyi itirə bilərik”

Ermənistanın keçmiş baş naziri və keçmiş müdafiə naziri Vazgen Manukyan Paşinyan hökumətini istefaya və hakimiyyəti orduya təhvil verməyə çağırıb. Musavat.com-un…

28 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Əraqçi Bakıya gəldi – niyə?!

İran İslam Respublikası xarici işlər nazirinin müavini Seyyid Abbas Əraqçi bir neçə dəqiqə əvvəl Azərbaycan Respublikasının paytaxtı Bakıya gəlib. Strateq.az İRNA-ya…

27 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

“Ermənistan PKK-çıları Şuşada yerləşdirib, Azərbaycan hərbçilərinin formasına uyğun geyindirib”

“Çox etibarlı kəşfiyyat məlumatlarına görə, Ermənistan hökuməti PKK terrorçularını Şuşa şəhərinə yerləşdirib və onlar Azərbaycan hərbçilərinin formasına uyğun geyindirilib”. Virtualaz.org bildirir…

27 Oktyabr 2020
Xural.COM