Bu gündən Azərbaycanda karantin rejimi sərtləşdirilir

Azərbaycanda karantin rejimi ilə əlaqədar xüsusi icazələrlə işə gedən insanların dairəsi aprelin 9-dan məhdudlaşdıırlır. Əmək müqaviləsi və xidmət göstərilməsi haqda müqavilələri olmayan işçilər və 65 yaşdan yuxarı əməkdaşlar bu hüquqdan məhrum edilir.

Təşkilat rəhbərlərindən tələb olunur ki, iş yerində olması zəruri olan işçilərin sayını məhdudlaşdırsınlar. Bu barədə Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, müəyyən edilib ki,  sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslər hökumətin “Azərbaycanda koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması tədbirləri haqqında” 2 aprel tarixli qərarını pozurlar.

Bu cür hallara yol vermiş hüquqi və fiziki şəxslərdən 9 aprel tarixindən aşağıdakı şəxslərin icazələrinin ləğv edilməsi tələb olunur:

– xidmət və ya əmək müqaviləsi olmayan şəxslərin;

– fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan işçiləri istisna olmaqla, digər işçilərin;

– yaşı 65-dən yuxarı olan, karantin rejiminində öz yaşayış yerini tərk etməsi ilə bağlı məhdudiyyət qoyulmuş işçilərin.

Eyni zamanda, hüquqi və fiziki şəxslərdən tələb olunur ki, işə gəlməsi vacib olmayan işçilərin adlarını icazə portalından silsinlər.

Agentlik xəbərdarlıq edir ki, aprelin 10-dan karantin rejimi qaydalarına zidd olan icazələr icaze.gov.az  portalından avtomatik rejimdə ləğv ediləcək, eləcə də yuxarıda qeyd olunan tələblərə əməl etməyən hüquqi və fiziki şəxslərin barəsində hüquq-mühafizə orqanlarına məlumat veriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button