Bu il dərslər sentyabrın 15-də başlamayacaq

15 Sentyabr – Bilik Gününün şənbə gününə təsadüf etməsi ilə əlaqədar bu il Azərbaycanın ümumtəhsil məktəblərində və universitetlərdə dərslər sentyabr ayının 15-də başlamayacaq.

24saat.org xəbər verir ki, şənbə istirahət günü olduğuna görə 2018-2019-cu dərs ili sentyabrın 17-də başlayacaq.

Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə edilən dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button