Bu il ölkəmiz hansı beynəlxalq yarış və tədbirlərə ev sahibliyi edib?

5-9 iyun tarixlərində velosiped, 16-22 sentyabrda isə cüdo üzrə dünya çempionatları keçiriləcək

Artıq bir neçə ildir ki, ölkəmizdə dünyamiqyaslı mötəbər beynəlxalq yarışlar, tədbirlər keçirilir. 2018-ci ildə də bu ənənələr davam edib. Belə ki, ilin əvvəlində İntellektual oyunlar üzrə VII “Xəzər kuboku” turniri,  Prezident Kuboku uğrunda “Breyn Rinq” İntellektual TV layihəsi, Tennis üzrə Avropa turniri keçirilib. Martın 15-18-də isə İdman gimnastikası üzrə Dünya Kuboku keçirilib. Qeyd edək ki, bununla da Milli Gimnastika Arenası üçüncü dəfə idman gimnastikası üzrə dünya kuboku yarışlarına ev sahibliyi edib. Bu yarışlarda qadınların gimnastika tiri yarışında qızıl və gümüş medallar Çinin aktivinə yazılıb. Bu ölkənin təmsilçiləri Huan Luo 13,400 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onun həmyerlisi Jiaqi Lyu (1,933 xal) gümüş medala layiq görülüb. Üçüncü yerə isə özbəkistanlı Oksana Çusovitina (12.866 xal) çıxıb.

Kişilər arasında dəstəli at yarışında qalib Çin idmançısı Hao Venq 15,100 xal toplayaraq bütün rəqiblərini üstələyib. İkinci yerdə Çin Taypey təmsilçisi Lee Çih Kai (14,766 xal) qərarlaşıb. İlk üçlüyü isə yaponiyalı Takaaki Sugino (14,633 xal) tamamlayıb.

Qadınlar arasında sərbəst hərəkətlərdə Ana Derek 13,533 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Dünya kuboku yarışlarının gümüş medalına yunanıstanlı İoanna Xoulogi (12,733 xal) sahib olub. Türkiyə gimnastı Demet Mutlu (12,566 xal) isə üçüncü yerə çıxıb.

Sərbəst hərəkətlərdə ölkəmizi təmsil edən Yuliya İnşina türkiyəli gimnastla eyni xalı toplasa da, hakimlərin qərarına əsasən dördüncü pillədə yer alıb. Kişilər arasında turnik növü üzrə gedən mübarizədə Hollandiya təmsilçisi 14,700 xal toplayaraq dünya kubokunun qızıl medalını qazanıb. Fəxri kürsünün ikinci pilləsində Belarus gimnastı Andrey Lixovitski (14,200 xal) qərarlaşıb. Bürünc medalın sahibi isə xorvatiyalı Anton Kovaçevic (14,166 xal) olub.

Aprelin 27-29-da isə böyük maraqla gözlənilən Bədii Gimnastika üzrə Dünya Kuboku baş tutub. Sonda Dünya Kuboku yarışlarının mükafatçıları sırasında 8 ölkə yer alıb.Turnirdə ən çox medal qazanan ölkə Rusiya olub. Şimal qonşularımız qrup yarışlarında təmsil olunmamasına baxmayaraq, 4-ü qızıl, 1-i gümüş, 1-i bürünc olmaqla turniri 6 medalla başa vurublar. Bolqarıstan ikisi qızıl, üçü gümüş olmaqla 5, Ukrayna biri qızıl, biri gümüş və ikisi bürünc olmaqla 4, İtaliya 1-i qızıl, 1-i gümüş olmaqla 2, Yaponiya biri gümüş, ikisi bürünc olmaqla 3, Belarus biri gümüş, biri bürünc olmaqla 2, Azərbaycan və ABŞ isə hərəyə bir bürünc medal qazanıb.

formula 1 Baku ile ilgili görsel sonucu

Aprelin 27-29-da ölkəmizdə həmçinin “Formula-1″ yarışları keçirilib. Bu yarışda isə ”Mercedes”in pilotu Luis Hamilton gərgin mübarizə nəticəsində birinci, “Ferrari”nin sürücüsü Kimi Raikkonen ikinci, Serxio Peres (“Force İndia”) üçüncü olmağı bacarıb.

Mayın əvvəlində Kapoeyra üzrə dünya çempionatı keçirilib.

Qarşıdan isə 5-9 iyun tarixlərində Velosiped idmanının BMX növü üzrə dünya çempionatı, 16-22 sentyabrda Cüdo üzrə dünya çempionatlarının keçiriləcəyi gözlənilir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button