Bu marşrutların dayanacaqları dəyişdirilib – SİYAHI

Bakı Beynəlxalq Avtovağzal Kompleksində aparılan təmir-tikinti işləri ilə əlaqədar müvəqqəti olaraq  2, 13, 14, 20, 29, 37, 67, 83, 91, 96, 117, 130, 134, 142, 158  nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri dəyişdirilib.

 

Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sərnişindaşımada fasiləsizliyin pozulmaması məqsədilə edilən dəyişiklik 05.03.2018 tarixindən tətbiq ediləcək. Dəyişikliyə əsasən, qeyd edilən müntəzəm marşrut xətləri üzrə avtobusların son və aralıq dayanacaq məntəqələri “Avtovağzal” metrostansiyasının qarşısına keçiriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button