Bu, nə sistemdir – şagirdlərin 90 faizi riyaziyyatdan “2” alıb!

Orta məktəblərin 9-cu siniflərinin buraxılış imtahanında iştirak edən şagirdlərin 90 faizi riyaziyyat fənnindən 2 (iki) qiymət alıb.
Xural.com BakiPost.az-a istinadən xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib. Onun sözlərinə görə, bu barədə məlumatlar əldə etsə də, rəsmi nəticələr hələ də açıqlanmır.
O, nəticələrin ləğv oluna biləcəyini qeyd edib: “Əldə etdiyim məlumatlara görə, mart ayından başlayaraq keçirilən orta məktəblərin 9-cu siniflərinin buraxılış imtahanında iştirak edən şagirdlərin 90 faizi riyaziyyat fənnindən 2 (iki) qiymət alaraq çox aşağı nəticə göstərib. Hətta mənə məktəblərdən də çoxsaylı zənglər gəlir ki, şagirdlərin nəticəsi olduqca aşağıdır. Amma hələ də rəsmi nəticələr açıqlanmır. Əlbəttə ki, şagirdlərin böyük əksəriyyəti ilk dəfə olaraq açıq test modelləri ilə test tapşıqları işləyirdi. Bundan başqa, orta məktəblərdə 2009-cu ildən keçirilən kurikulum standartları ilə tədris zamanı KSQ və BSQ yoxlama imtahanları qapalı test tapşırıqları ilə həyata keçirildiyindən şagirdlərin açıq test tapşırıqları ilə işləməsi mümkünsüz idi. Bununla yanaşı, nəinki 9 illik buraxılış imtahanı verən şagirdlərin, hətta hazırlıqlı abituriyentlərin belə açıq test tapşırıqlarına cavab vermə faizi 20-faizi ötməyib”.
Kamran Əsədov hesab edir ki, şagirdlərin riyaziyyat fənnindən aşağı nəticə göstərməsində direktorları ittiham edib: “Həmin o bir günahkar təhsili, bacarığı bu sahəyə uyğun gəlməyən şəxslər olan məktəb direktorlarıdır. Onlar məktəblərində keçrilən KKSQ və BSQ imtahanlarına düzgün nəzarət etsəydilər aşağı nəticələr ortaya çıxmazdı”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button