“Bu qoyunlar iki gündür bizi zibilə salıb”

vahid_ehmedov_yeni

Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin sədri Hadı Rəcəblinin “kənd yerlərində sosial müavinətlər qoyunla verilsin” – təklifi cəmiyyətdə birmənalı qarşılanmayıb.

Əksəriyyət bunun düzgün təklif olmadığını düşünsə də, bəziləri sözügedən layihənin kənd təsərrüfatının inkişafına yardım üçün faydalı olduğu fikrindədir.

İqtisadi-siyasət Komitəsininü üzvü Vahid Əhmədov da həmkarı Hadı Rəcəblinin təklifini dəstəkləyir.

Xural.com aznews.az-a istinadən xəbər verir ki, millət vəkili yarızafat, yarıciddi şəkildə qoyunlarla bağlı təklifə belə münasibət bildirib:

“Bu qoyunlar iki gündür bizi zibilə salıb”.

Daha sonra V.Əhmədov bunun dünyada tətbiq edilən praktika olduğunu dilə gətirib:

“Dünyada kənd təsərrüfatının müxtəlif sahələri ilə məşğul olan insanlara yardım edirlər. Bu, heyvandarlıqla, kənd təsərrüfatı istehsalı və digər sahələrlə məşğul olan insanlar üçün yetərli layihədir. Aldığım məlumata görə, Əmək və Əhalinin Sosial Təminat Nazirliyində belə bir layihələr işlənilib hazırlanır. Məsələn, bu yaxınlarda Göyçay rayonunda Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə belə bir pilot layihə işlənilib. Orada 25 ailəyə istədikləri təsərrüfatı inkişaf etdirmək üçün yardım edilib. Onlar ünvanlı sosial yardım istəmirlər. Əvəzində isə heyvandarlıq sahələri ilə məşğul olaraq özləri üçün daimi iş yerləri açırlar”. 

V.Əhmədovun sözlərinə görə, nazirlik bu layihəni inkişaf etdirsə, ələbaxımlılığın qarşısı alınar:

“Bu, yaxşı bir təklifdir. Əgər normal fəaliyyət olarsa çox insanların iş yeri olar. Özü də bu, məcburi deyil. Kim istəyirsə ki, daimi iş yeri, çörəyi olsun heyvanlar ona veriləcək”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button