Bu şəxslər imtahan vermədən istədiyi ali məktəbdə oxuyacaq – Qanun dəyişdi

“Beynəlxalq olimpiadalarda qalib olanlara dövlət ali məktəblərində istədikləri ixtisasda təhsil almaq imkanı yaradılacaq”.

Bu sözləri millət vəkili İsa Həbibbəyli “Təhsil Haqqında” qanun layihəsinə dəyişiklikdən danışarkən deyib.

Onun sözlərinə görə, bu dəyişikliyin mahiyyəti həmin gənclərin xaricə axınının qarşısını almaqdır:

“Beynəlxalq olimpiadalarda ali məktəbə qəbul olanların əksəriyyəti yerli ali məktəblərə deyil, xarici universitetlərə üz tuturdular. Bunun səbəbi həmin şəxslərin yalnız müsabiqədən qalib olduqları sahələr üzrə müsabiqədənkənar ali məktəblərə qəbul edilməsi idi. Bu dəyişiklikdən sonra beynəlxalq olimpiadanın qalibləri olan şagirdlərimizə istənilən ixtisas üzrə müsabiqədənkənar təhsil almaq imkanı yaradılır. Respublika üzrə olimpiadaları həvəsləndirmək üçün onların ali məktəblərin qalib olduğu ixtisas üzrə müsabiqədənkənar ixtisas üzrə təhsil almasına imkan yaradılır. Bunların sayı çox deyil. Bu qanunu qəbul etməklə, həmin dəyərli gənclərin ölkədə təhsil almasına imkan yarada bilərik”.(Publika.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button