Bu taksilər sürücüsüz idarə olunacaq

14568265331123721605_1000x669

Yaponiyanın “DeNA” şirkəti içərisində sərnişinlər olan özü idarə edilən taksinin ictimai yolda sınaqlarına başlayıb. İnformasiya texnologiyaları sahəsində tanınan bu şirkət özü idarə olunan avtomobillərin taksoparkını açmaq niyyətindədir.

Taksilərin sınağı Kanaqava prefekturasının Fucisava şəhərinin ictimai yollarında aparılıb. Sınaq zamanı hər hansı gözlənilməz hadisə baş verəcəyi təqdirdə idarəetməni təmin etmək üçün sürücülər də avtomobillərdə olublar.

Sınaqların məqsədi özü idarə olunan avtomobillərin ictimai yollarda hərəkəti zamanı digər maşınları və sərnişinləri tanımasının yoxlanmasıdır.

Azertag.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button